Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin monitorinqlərı davam edir.
Bu barədə qurumdan məlumat verilib.
Bildirilir ki, iyunun 2-də keçirilmiş monitorinqlər zamanı Suraxanı rayonunda “Hacının təndiri” ictimai iaşə obyektində, “Yek market”də, Binəqədi rayonunda “Ordubad quru meyvələri”, “Özbəkistan quru meyvələri” mağazalarında, Sabunçu rayonunda “Dokta Aptek”də, Xəzər rayonunda "Al Market"də, Rafiq Şükürova məxsus mağazada, Xətai rayonunda “Təndir və kabablar” ictimai iaşə obyektində, “Kashmir”, “Nərmin Parfume” və “Senil Butik” mağazalarında, “Çay evi”ndə, Yasamal rayonunda “Qoç Ət” ictimai iaşə obyektində, “Bijuteriya” mağazasında, Şəkidə Cumay Məmmədov, Ramil İsmiyev, Yusif Qaffarov, Qara İdrisov, İlham Sədiyev, Rüstəm Hüseynova məxsus avtomobil ehtiyat hissələri mağazalarında, “Ucuzluq mağazası”nda, “Bazar Store”da, “Fontan kafesi”ndə, İsmayıllı rayonunda “Zeytun Aptek”də, “Araz Market”də, “Uğur Uşaq Geyimləri” mağazasında, Şabran rayonunda "Qayalı market"də, "Centron Home", "Emtu", "Optimal" mağazalarında, "Qala" restoranında, Cəlilabad rayonunda “Furqan market”də, “Vahid” və “Furqan Electronics” mağazalarında, Pərviz Həsənova məxsus bərbərxanada, Bərdə rayonunda “Əli inşaat” və “Texno Mart” mağazalarında, “Mak studio” və “Xatun studio” xidmət obyektlərində, Tərtər rayonunda "Zülfüqaroğlu" MMC-yə məxsus “Ticarət Mərkəzi”ndə, həmçinin “Soliton” mağazasında, “Çay evi”ndə və s. ticarət və xidmət obyektlərində ümumilikdə, gün ərzində monitorinq aparılan 400 obyektin 208-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Qeyd edək ki, mayın 22-dən iyunun 2-dək 2 785 sahibkarlıq subyektində monitorinq keçirilib və 1 349 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.
Nazirliyin əməkdaşları sahibkarlarla maarifləndirici söhbətlər aparıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?