Azərbaycanda bağlanan dörd bank üzrə ("Atabank", "Amrahbank", "AGBank" və "NBC Bank" – red.) qorunan əmanəti olanlara vəsaitlərin geri qaytarılması çərçivəsində 7 548 nəfərə 83,9 mln. manatlıq kompensasiya ödənilib.
Gundemxeber.az bildirir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun (ADİF) İcraçı direktoru Tural Piriyev deyib.
Onun sözlərinə görə, toplam olaraq 74 100 nəfərlik əmanətçi sayı var ki, onların əmanətləri sığortalanan hesab olunur: "Burada əmanətlərin ümumi məbləği 670,7 mln. manatdır. Təbii ki, bu rəqəmə problemləri aşkar olunan banklardakı sığortalan əmanətlər kateqoriyasına aid olmayan əmanətlər də daxildir".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?