Bu gündən Azərbaycanda “Aİ-95” ("Premium") markalı benzin bahalaşıb.
GUNDEMXEBER.AZ bildirir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, həmin benzinin qiyməti 0,1 manat artıb: "Bu, dünya bazarında “Aİ-95” benzininin qiymət artımı ilə bağlıdır, çünki benzinin bu markası ölkəyə idxal olunur".
***00:50
İyulun 1-dən etibarən Azərbaycanda "Aİ-95" premium markalı benzinin qiyməti 10 qəpik artacaq.
Bu markadan olan benzinin qiyməti 1 manat 20 qəpik təşkil edəcək.
Xatırladaq ki, "Aİ-95" premium markalı benzinin qiyməti mayın 1-də 10 qəpik ucuzlaşmışdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?