Ötən günkü ucuzlaşmadan sonra “Brent” nefti bu günə bahalaşma ilə başlayıb.
GundemXeber.Az xəbər verir ki, hazırda Londonun "ICE Futures" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin mart müqaviləsinin dəyəri 1 barelə görə 0,51% artaraq 55,03 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin fevral fyüçerslərinin 1 barelinin qiyməti 0,13% azalaraq 52,29 dollar təşkil edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?