GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Neft “ağ günə” çıxır: Pandemiya başlayanda 15, bitməmiş 100 dollar? - TƏHLİL

Neft “ağ günə” çıxır: Pandemiya başlayanda 15, bitməmiş 100 dollar? - TƏHLİL

Tarix: 1-03-2021, 10:52 Bölmə :İqtisadiyyat Baxış: 332
Neft “ağ günə” çıxır: Pandemiya başlayanda 15, bitməmiş 100 dollar? - TƏHLİL


Yaxın bir neçə ildə "Brent" markalı neftin bir barelinin qiyməti 100 ABŞ dollarınadək arta bilər.

"Bloomberg"in verdiyi məlumata görə, bu cür proqnozları "Bank of America" bankının mütəxəssisləri verib. Proqnoza əsasən, artıq bu ilin ikinci yarısında "Brent"in qiyməti 70 dollaradək yüksələ bilər. Məlumata görə, analitiklərin nikbinliyi fundamental göstəricilərin yaxşılaşması və dünyanın bir sıra ölkəsində həyata keçirilən iqtisadiyyatın stimullaşdırılması proqramlarının həyata keçirilməsinə əsaslanır.

Qeyd edək ki, "SOCAR Trading"in (SOCAR-ın qlobal ticarət qolu) ticarət üzrə baş direktoru Xəyal Əhmədzadə 2021-ci il ərzində neftin bir barelinin qiyməti 80 ABŞ dollarına çata biləcəyini qeyd etmişdir. O, yaz aylarında və ya cari ilin sonunadək neftin bir barelinin qiymətinin 80 dollar, yaxın 18-24 ayda isə 100 dollardan çox olacağı təqdirdə təəccüblənməyəcəyini bildirmişdi.

Pandemiyanın bitmədiyi, hətta “üçüncü dalğa”-nın, yeni ştammların yayılacağı ilə bağlı şayiələr dolaşdığı bir vaxtda neft qiymətlərinin yüksələn xətt götürməsi neft istehsal edən ölkələr - cümlədən də Azərbaycan üçün sevindirici olsa da, onun daha yüksək həddlərə gəlib çatacağı bir qədər şübhə doğurur.

Belə ki, neft qiymətlərinin dəfələrlə aşağı enməsini şərtləndirən səbəb məhz pandemiya, dünya ölkələrinin qapanması olmuşdu. Hazırda hələ ki, dünya ölkələri arasında pandemiyadan əvvəlki münasibətlər bərpa edilməyib, ticarət əlaqələri zəifdir.

Belə olan halda neftin bir barel qiymətinin bu il ərzində 70-80 dolları keçməsi, qarşıdakı illərdə isə 100 dollara çatacağı gözləniləndirmi?

İqtisadçı alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, pandemiyanın təsiri nəticəsində dünya iqtisadiyyatında makroiqtisadi səviyyədə tarazılıq pozulmuşdu:

“O cümlədən də neftin qiyməti durmadan aşağı enirdi. Bu da tələbatın fundamental şəkildə pozulması nəticəsində baş vermişdi. Bu məsələ ilə bağlı müsbət informasiya daxil olmalı idi ki, tələb sağlam şəkildə bərpa olunsun. Nəhayət vaksinasiya ilə bağlı informasiya bazara daxil oldu və dərhal dünya bazarı ona cavab verdi. Neft amilinin ən çox təsir etdiyi ABŞ-da vaksinasiyanın sürətlə aparılması, ən böyük neft istehlakçısı olan Çinin fevral ayında öz limanlarında 120-130 iri həcmli tankerləri qəbul etməsi neft qiymətlərinə öz təsirlərini göstərmiş oldu”.

Fuad İbrahimov bildirir ki, paralel olaraq OPEC+ formatında hasilatın artmasının qarşısının alınması istiqamətində danışıqlar müsbət nəticə verdi:

“Nəhayət ki, Rusiya ilə Səudiyyə Ərəbistanı arasında hansısa ziddiyyət yaranmadı. Bu göstəricilərin hamısı neftin bir barelinin psixoloji baryer olan 60 dolları keçməsinə şərait yaratdı. Hazırda da neftin bir bareli 60-70 dollar dəhlizində üfüqi dalğalanır. Bir barel neftin 70 dollara çatması proqnozu da həyata keçə bilər. Əgər vaksinasiya prosesi sürətlə həyata keçərsə və bəşəriyyət “üçüncü dalğa” deyilən prosesin qarşısını ala bilsə, neftin hətta 70 dolların üzərində olması da mümkündür”.

Neftin bir barelinin 100 dollara çatacağı ilə bağlı proqnozlara gəlincə isə, iqtisadçı alim bildirir ki, bu da istisna olunmur:

“Əgər dünya bazarlarında tələbat sağlam şəkildə formalaşarsa, əlbəttə ki, bu rəqəmlə da rastlaşa bilərik. Amma hesab edirəm ki, hələlik bu haqda danışmaq tezdir. Ümumiyyətlə indiki vəziyyətdə neft barelinin 60 dolların üzərində olması belə çox kövrək və dayanıqsızdır. Ümid edək ki, dünyada gedən peyvəndləşmə prosesi proqnozlara uyğun gedəcək və neftin qiymətində ancaq dayanıqlılığı müşahidə etmiş olacağıq”.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Neftin qiyməti 11 illik minimuma endi

    Neftin qiyməti 11 illik minimuma endi ...

    21-12-2015, 14:10

  • 
  • Neftin bir barelinin 100 dollar olacağı gözlənilir - Gözlənti

    Neftin bir barelinin 100 dollar olacağı ...

    18-02-2021, 12:03

  • 
  • Neftin qiyməti dəyişdi

    Neftin qiyməti dəyişdi ...

    10-05-2015, 14:32

  • 
  • Azərbaycan nefti bahalaşdı

    Azərbaycan nefti bahalaşdı ...

    17-10-2019, 13:57

  • 
  • Neftin qiyməti artıb

    Neftin qiyməti artıb ...

    3-10-2014, 12:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu