GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Neft bahalaşırsa, Azərbaycanın gəlirləri NİYƏ AZALIR?.. - GƏLİŞMƏ

Neft bahalaşırsa, Azərbaycanın gəlirləri NİYƏ AZALIR?.. - GƏLİŞMƏ

Tarix: 28-06-2021, 11:04 Bölmə :İqtisadiyyat Baxış: 365
Neft bahalaşırsa, Azərbaycanın gəlirləri NİYƏ AZALIR?.. - GƏLİŞMƏ


Son günlər dünya bazarında neftin qiymətində artım müşahidə olunur. Ötən cümə günü Brent markalı neft yenidən 76 dolları keçdi... Bu gün isə Brent neftinin 1 barelə görə qiyməti 76,10 dollar təşkil edib.

Bu il yanvarın 1-dən qiymətlər artıq 49% artım nümayiş etdirib.

Gundemxeber.Az modern.az-a istinadən məlumat verir ki, neft sahəsini araşdıran ekspert İlham Şaban bildirib ki, son vaxtlar bahalaşma müşahidə olunsa da, Azərbaycan Neft Fonduna mənfəət neftindən daxilolmalar artmaq əvəzinə azalır.

Bunun səbəblərinə toxunan İ.Şaban deyib:

“Azərbaycan 2020-ci ilin mayında OPEC+ çərçivəsində müstəqillik tarixində ilk dəfə administrativ yolla hasilatı azaltmağa başladı. 2021-ci ilin yanvarından ölkəmiz hasilat kvotasını yenidən artırmağa başladı. 2021-ci ilin mayın yekunlarında məlum oldu ki, OPEC+ çərçivəsində 603 min barel gündəlik neft hasilatı kvotası verilsə də, reallıqda 586 min barel neft hasil edə bilmişik, yəni verilən imkandan 17 min barel az, özü də hər gün”.

Energetika Nazirliyinin məlumatlarına istinad edən ekspert deyib ki, 2021-ci ilin 5 ayında neft və kondensat hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 918,7 min ton (təqribən 6,8 mln barel) az olub.

Yanvar-may aylarında Azərbaycan neft ixracı 2020-ci ilin 5 ayı ilə müqayisədə 5,9 mln. barel azalıb.

“Neft Fonduna mənfəət gətirən əsas aktiv - "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə hasilat 1 mln. ton azalaraq (SOCAR hasilatını 100 min tona qədər artıra bilib) 9,5 mln. ton (70 mln. barel və ya gündəlik 465,5 min barel) təşkil edib.

Bildirmək istəyirəm ki, Neft Fondunun "Azəri-Çıraq-Günəşli"dən əldə etdiyi gəlirin pik dövrü 2011-ci ilə təsadüf edib: 19 027,5 mln. Dollar. Bu göstərici 2019-cu ildə 7 971,3 mln. dollara qədər azalıb, 2020-ci ildə isə cəmi 3 523 mln. dollar təşkil edib. 2021-ci ilin ilk 5 aylnda isə "Azəri-Çıraq-Günəşli" layihəsindən Neft Fonduna daxilolmalar 1 850,2 mln. dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 255,8 mln. dollar və ya 12,1% az mənfəət deməkdir”,- İlham Şaban bildirib.

Bu il "Azəri-Çıraq-Günəşli"dən qazancımız ötən ilki səviyyədən çox ola bilərmi?

Suala cavab verən ekspertin sözlərinə görə, neftin 70 dollardan aşağı olmayan qiymətləri bazarda dominantlıq edərsə, əlbəttəki bu, mümkündür.

“Ancaq tutaq ki, 4,3 mlrd. dollar qazan. Gələn il hasilat artımı gözlənilmir və neft qiymətlərinin də builkindən aşağı olması proqnoz edilir - onda yenə 4 mlrd. dollatrdan az bir mənfəət gözləmək olar. Yəni Azərbaycan həqiqətən 2020-dən gəlirlər baxımından postneft zamanındadır...
Qeyri-neft sektorunun mühərriki cəmiyyətə 5.7 kimi təqdim edilsə də, onun praktiki dartı qüvvəsi və sürəti hələ ki çox aşağıdır...”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan avqustda gündəlik 669 min barel xam neft hasil edib

    Azərbaycan avqustda gündəlik 669 min barel xam ...

    9-09-2020, 10:12

  • 
  • Neftin qiyməti 11 illik minimuma endi

    Neftin qiyməti 11 illik minimuma endi ...

    21-12-2015, 14:10

  • 
  • Azərbaycan neftinin qiyməti son 3 ildə ilk dəfə 70 dolları keçdi

    Azərbaycan neftinin qiyməti son 3 ildə ilk dəfə ...

    6-01-2018, 00:08

  • 
  • Neftin qiyməti yenə düşür

    Neftin qiyməti yenə düşür ...

    12-10-2020, 13:52

  • 
  • Brent markalı neft bahalaşdı

    Brent markalı neft bahalaşdı ...

    21-11-2015, 12:34


Təqvim

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Arxiv xəbərlər

May 2022 (293)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu