GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » SOCAR Metanol zavodunu da dirçəltdi - İstehsalını 100 faizə çatdırdı

SOCAR Metanol zavodunu da dirçəltdi - İstehsalını 100 faizə çatdırdı

Tarix: 21-07-2021, 12:26 Bölmə :İqtisadiyyat Baxış: 1 899



Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Metanol zavodu 2021-ci ilin dörd ayı ərzində aparılan əsaslı təmir işlərindən sonra tam istehsal gücü ilə fəaliyyətini bərpa edib.

“AzMeCo” tərəfindən 2013-cü ildə inşa edilən Metanol zavodu şirkətin kredit öhdəliyini yerinə yetirə bilməməsi səbəbindən qısa müddətdə fəaliyyətini dayandırıb. Əvvəlcə “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) Metanol Zavodunu Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması tədbirləri çərçivəsində bankdan təhvil alıb. Daha sonra isə Nazirlər Kabinetinin qərarına əsasən, zavod SOCAR-a satılıb. SOCAR Metanol zavodunun alınması üçün 810 milyon manat ödədikdən sonra zavodun bank qarşısında olan kredit öhdəliyi də bağlanıb.

Növbəti mərhələdə Dövlət Neft Şirkəti tərəfindən zavodda mövcud olan qüsurların aradan qaldırılması üçün müxtəlif tədbirlər görülüb. Nəhayət, 2021-ci ilin əvvəlindən zavod təmir üçün dayandırılıb və dörd ay müddətində əsaslı təmir işləri aparılıb. Təmir işləri uğurla başa çatdırıldıqdan sonra 2021-ci ilin aprel ayında zavod işə qoşulub. Sınaq işləri aparıldıqdan sonra 2 may 2021-ci il tarixindən zavodda məhsul istehsalına başlanılıb. Nəticə etibarilə qurğunun istehsal gücünün günə 1700 tona çatdırılması mümkün olub ki, bu isə 100 faiz məhsuldarlıq deməkdir.

2021-ci ilin göstəricilərinə əsasən, hazırda zavod tam gücü ilə istehsal prosesini davam etdirir. Bu ilin may-iyun ayları üzrə rəqəmlərə nəzər saldıqda aparılan əsaslı təmir işlərinin nəticəsini verdiyini müşahidə edirik. Belə ki, müvafiq aylarda ümumilikdə 63,6 min ton məhsul ixrac edilib, 4,1 ton məhsul isə daxili bazarda satılıb. Zavodun məhsuldarlığı may ayında 89,2 faizə, iyun ayında isə 100,3 faizə çatdırılıb. Həmçinin, 2020-ci ildə zavodun məhsul istehsalı həcmi 2017-ci illə müqayisədə 79,1 faiz artırılıb. Məhsuldarlıq isə 47,4 faizdən 2020-ci ildə 84,9 faizə çatdırılıb.

Qeyd edək ki, zavodda bir adda məhsul - təmizlik dərəcəsi 99,99 faiz olan “A” marka metanol (metil spirti) istehsal olunur. Beynəlxalq normalara cavab verən metanolun keyfiyyəti zavodun tərkibində yerləşən mərkəzi laboratoriya və beynəlxalq səviyyədə tanınmış keyfiyyət təftiş şirkətləri tərəfindən mütəmadi olaraq yoxlamadan keçirilir.

İstehsal olunan metanolun böyük hissəsi ixraca yönəldilir. İxrac edilən ölkələr sırasına Türkiyə, Rumıniya, İtaliya, Sloveniya, Niderland Krallığı, Belçika, İsrail, Braziliya, Argentina, Ukrayna, Misir, Yunanıstan, Bolqarıstan, Çin, Qazaxıstan, İspaniya və Fransa daxildir.

Xatırladaq ki, Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Metanol zavodu zavodu ölkədə qaz-kimya sahəsində çalışan ilk istehsal obyektidir. Onun illik istehsal gücü 561 min ton, ümumi ərazisi 36,5 hektarı təşkil edir.

Zavodun idarəetməsi 2016-cı ilin noyabr ayından etibarən SOCAR-ın törəmə şirkəti olan “SOCAR Methanol” MMC tərəfindən təhvil alınıb. 2018-ci ilin oktyabr ayından isə SOCAR-ın strukturuna daxil edilib və hazırda SOCAR-ın Metanol zavodu olaraq emal müəssisəsi kimi fəaliyyət göstərir.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • SOCAR bu il 94 min ton metanol və 43 min ton karbamid ixrac edib

    SOCAR bu il 94 min ton metanol və 43 min ton ...

    15-04-2020, 10:56

  • 
  • SOCAR Odessa Liman Zavodunun keçirdiyi tenderdə iştirak edir

    SOCAR Odessa Liman Zavodunun keçirdiyi tenderdə ...

    21-04-2021, 16:00

  • 
  • SOCAR 2021-ci ildə Ukraynada sosial və mədəni layihələrə sərmayə qoyuluşunu davam etdirəcək

    SOCAR 2021-ci ildə Ukraynada sosial və mədəni ...

    8-01-2021, 10:14

  • 
  • SOCAR neft məhsulları ixracını kəskin artırıb

    SOCAR neft məhsulları ixracını kəskin artırıb ...

    16-04-2021, 14:37

  • 
  • “S&P” SOCAR-ın kredit reytinqi üzrə proqnozu yüksəldib

    “S&P” SOCAR-ın kredit reytinqi üzrə proqnozu ...

    28-01-2021, 23:12


Təqvim

«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Arxiv xəbərlər

May 2023 (566)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu