GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Mikayıl Cabbarova görə: Azərbaycan üçün mis - yeni neftdir

Mikayıl Cabbarova görə: Azərbaycan üçün mis - yeni neftdir

Tarix: 9-08-2021, 09:31 Bölmə :İqtisadiyyat Baxış: 2 921


Filiz-mədən sənayesi Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında çoxtərəfli münaqişə sonrası koordinasiyada potensial drayverlərdən biridir: söhbət misin, həmçinin digər polimetalların birgə hasilatından və emalından gedir. Bu cür layihələr hansı iqtisadi baza üzərində qurula bilər?

Bu günlərdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün səhifəsində Twitter əlvan və qara metal yataqlarının işlənməsinin ölkə iqtisadiyyatına 2035-ci ilədək gətirəcəyi mənfəəti dəyərləndirib - o, 13 mlrd. dollara yaxın olacaq.

Bu nəticə filiz-mədən sənayesinin operatoru AzerGold kompaniyasının 2020-2035-ci illər üçün inkişaf strategiyasının analizinə əsaslanır. Kompaniya 2022-ci ilin sonunadək 5 qızıl yatağının, 2029-cu ilədək isə daha 4 əlvan metal yataqlarının istismara verilməsini planlaşdırır.

Misin elektrik enerjisinin saxlanması və daşınması sahəsində daha çox tələbata malik metala çevrildiyini nəzərə alaraq, onun üzərində daha detallı dayanmağa dəyər. Bir anlığa “6 Cənubi Qafqaz dövlətinin Platforması” çərçivəsində siyasi dialoqun problemlərini kənara qoysaq, sənaye, turizm və xidmət sahələrində bölgə dövlətləri üçün ümumi olan biznes-layihələrdə birləşə biləcək və ya hətta yeni holdinqlərin yaradılması üçün baza olacaq bir çox sahələri görə bilərik.

Xammal və məhsul olaraq mis bu cür əməkdaşlığın nümunələrindən biridir. Gəlin, yerli mis-mədən ehtiyatlarının mənzərəsinə kompleksdə baxaq.


Ermənistandan başlayaq. Ötən ilin yekunlarına görə, Ermənistanın ixracatının ümumi həcmində misin payı 23,8%-ə çatıb. Yəni, ixracatın dörddə birini bir məhsul təmin edir. Filizin ixracının artımı hesabına (2019-2020-ci illərdə üçdə bir dəfə, yəni 424,8 min tondan 562 min tona) Ermənistanın ixracatının dəyər həcmi 19% artıb. Respublikanın dağ-metallurgiya sənayesində artım əsasən dünya qiymətlərinin hesabına baş verib (1 ton misin qiyməti 2020-ci ilin sonunda təqribən $8 min olub, molibdenin tonu isə $17 mindən $24 minə yüksəlib).

Ermənistan misinin istehlakının yaxın bazası Türkiyə ola bilərdi. Türkiyə yaxın illərdə milli avtomobil istehsalı sahəsində misin tətbiqini kəskin artırmağı planlaşdırır: əgər daxili yanma mühərrikli avtomobillərin istehsalında maksimum 20 kq. mis istifadə edilirsə, Türkiyə avtomobil sənayesinin istehsalını planlaşdırdığı elektromobillərdə bu rəqəm 4 dəfə artır - hər nüsxəyə 80 kq.-a qədər mis tələb olunur. Türkiyə idxalının proqnozlaşdırılan dəyər həcmi $235-$240 mln. arasında ölçülür. Hazırda Türkiyə hər il Özbəkistan və Qazaxıstandan 500 min tona yaxın katod misi idxal edir.

İrana nəzər salaq. O da Türkiyə mis bazarının 20%-ə qədərini təmin etməyi planlaşdırır. Şərqi Azərbaycan əyalətindəki Milli mis hasilatı kompaniyası (NICICO) mis istehsalı ilə əlaqəli sənaye obyektlərinə təxminən $1 mlrd. sərmayə qoyub.

Rusiya Türkiyə və İranla müqayisədə bu sahədə daha miqyaslı oyunçudur - dünya mis ticarətinin 6,4%-i onun payına düşür. Bu metalın hasilatının 70 faizi yaxın və uzaq xaricə ixrac olunur. Bu sahənin nəhəng müəssisələrinə «Uralelektromed», «Norilskiy nikel», «Rusiya mis kompaniyası» qrupu daxildir.

Yəni, Rusiya həmçinin öz balanslarını möhkəmlətmək üçün Cənubi Qafqazda misin hasilatı və emalı dövriyyəsinin inkişafında maraqlıdır.

İndi isə qayıdaq Azərbaycana. Artıq qeyd olunduğu kimi, AzerGold 2028-ci ilə kimi 4 mis yatağını istismara verməyə hazırlaşır. Prezident İlham Əliyevin 2020-ci il avqust sərəncamı çərçivəsində kompaniyaya metal filizi yataqlarının öyrənilməsi, işlənməsi, idarə olunması, həmçinin emal müəssisələrinin yaradılması həvalə edilib.

Bölgə ölkələri arasında münaqişə sonrası koordinasiyanın inkişafı artıq filiz-mədən sənayesində intensiv qarşılıqlı təmasa imkan yaratmağa başlayıb. Bu istiqamətdə ilk addımı Türkiyə kompaniyaları atıb. 2021-ci ilin fevralında Eti Bakır AS və Artvin Maden Isletlemeri (Cengiz Holding-ə məxsus kompaniyalar) Türkiyə-Azərbaycan biznes-forumu çərçivəsində AzerGold kompaniyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Orta perspektivdə, 2025-2028-ci illərdən sonra AzerGold kompaniyasının mühüm layihəsi Filizçay yatağı ola bilər. Birinci mərhələdə yatağın sink, qızıl, gümüş, mis və qurğuşunlu filizlərinin ehtiyatı təxminən 60 min ton qiymətləndirilir. Bununla bərabər gözlənilir ki, planlaşdırılan tədqiqatların nəticələrinə görə yataqdakı filizin ümumi ehtiyatları 120 min tona qədər arta bilər.

Filizçay yatağı ehtiyatlarına görə Avropada ikincidir və dünyada 10 ən iri polimetallik mədən siyahısına daxildir. Onun ehtiyatları ilk dəfə 1967-ci ildə, daha sonra isə 1983-cü ildə SSRİ Mərkəzi ehtiyatlar komissiyası tərəfindən təsdiqlənib.

Bu yataqda sink üstünlük təşkil edir, filizdə onun miqdarı 4,27%-dir. Filizin tərkibinə həmçinin kadmium, selen və tellur daxildir.

Filizçay yatağı 50 il ərzində dağ-sənaye kompleksi üçün xammal bazası rolunu oynaya bilər. AzerGold kompaniyasının hesablamalarına görə, Filizçay yatağının işlənməsindən 7 mlrd dollara qədər mənfəət götürəcək.

Başqa sözlə, Azərbaycan potensial olaraq yeni bölgə “qızdırma”sının mərkəzində yer alacaq və onu qlobal sərmayəçilərin maraqlarının miqyasına görə 1990-cı illərin ortalarında neft ətrafında baş verənlərlə müqayisə etmək olar.

Cənubi Qafqazda xammal bazasının (Ermənistan və Azərbaycan), istehlakçıların (ilk növbədə Türkiyə və Rusiya) mövcudluğu bölgədə Azərbaycandakı mis filizinin emalı kombinatının yaradılması məsələsini ortaya qoyur. İlkin mərhələdə Azərbaycana daha iri oyunçularla koordinasiyada xammalın daşınması üçün Zəngəzur dəhlizi də daxil olmaqla nəqliyyat şəbəkəsini nəzərə alaraq özünün mis sənayesini yaratmaq məqsədilə uzunmüddətli perspektivlərin tədqiqini aparmaq fayda verərdi.

Başladığımız yerdə bitirək. Kollektiv koordinasiyanın bu və analoji layihələri yalnız siyasi maneələr aradan qaldırılandan sonra mümkündür. Ancaq hətta yarımçıq formada belə, Ermənistanın ehtiyatlarını istisna etməklə, bu layihələr bölgənin müxtəlif sahələrdə inteqrativ əlaqələri yenidən quran milli iqtisadiyyatlarına yetərincə fayda gətirə bilər. /virtualaz.org/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gədəbəy qızıl-filiz yatağında qızıl hasilatının həcmi açıqlandı

    Gədəbəy qızıl-filiz yatağında qızıl hasilatının ...

    12-03-2017, 11:26

  • 
  • Bu yataq ölkəmizə milyardlar qazandıracaq

    Bu yataq ölkəmizə milyardlar qazandıracaq ...

    13-05-2020, 13:49

  • 
  • Mikayıl Cabbarov: "SOCAR yeni inkişaf dövrünə qədəm qoyacaq"

    Mikayıl Cabbarov: "SOCAR yeni inkişaf ...

    27-01-2021, 20:27

  • 
  • Mikayıl Cabbarova daha bir şok müraciət- VİDEO

    Mikayıl Cabbarova daha bir şok müraciət- VİDEO ...

    6-11-2014, 23:04

  • 
  • SOCAR üzərində qurulan iqtisadiyyat

    SOCAR üzərində qurulan iqtisadiyyat ...

    8-01-2013, 10:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu