Gundemxeber.az » İqtisadiyyat » “AzSığorta” şirkəti geriləməkdə - DAVAM EDİR
Azərbaycan sığorta bazarının iştirakçılarından olan “AzSığorta” şirkətinin satışı, o cümlədən yığımları azalmaqda davam edir.
Gundemxeber.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci ilin yanvar-iyul ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, qeyd olunan dövr ərzində şirkətin yığımları kəskin azalıb. Belə ki, son bir illə (2020 yanvar-iyul) müqayisədə şirkətin yığımlarının həcmi 5,512 min manat və ya 27,16% azalaraq 6,475 mln. manata düşüb.
Yığımlardakı azalmadan fərqli olaraq, hesabat dövründə şirkətin müxtəlif sığorta hadisələləri üzrə ödədiyi vəsaitlərin həcmində kəskin artım müşahidə olunub. Bu dövrdə “AzSığorta”nın ödənişləri 1,623 mln. manat və ya 54,59% artaraq 4,596 mln. manata çatıb.
Gundemxeber.Az
29-06-2020, 14:23
9-04-2019, 14:25
24-06-2020, 12:33
3-09-2019, 09:55
7-07-2020, 11:46
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?