Gundemxeber.az » İqtisadiyyat » Nazir: “Qarabağda biznesin qurulması və investisiya layihələri ilə bağlı ciddi təkliflər almışıq”
“Hazırda Qarabağda biznesin qurulması və investisiya layihələri ilə bağlı ciddi təkliflər almışıq”.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə biznesin təşviq edilməsi ilə bağlı 921 layihə üzrə müraciət daxil olub:
“Onların 283-ü xarici şirkətlər üzrə edilən müraciətlərdir və müraciətlərin əksəriyyətində Türkiyədən olan layihə rəhbərləri üstünlük təşkil edir. Həmçinin Gürcüstandan olan müraciətlər də mövcuddur”.
Nazir qeyd edib ki, əgər əvvəl yalnız podrat layihələr üçün müraciətlər edilirdisə, hazırda investisiya və biznesin qurulması üzrə ciddi təkliflər var:
“Hazırda 19 layihə təklifindən 14-nün investisiya dəyəri 6,5 milyard manata çatır”.
GundemXeber.Az
11-03-2021, 21:29
29-05-2013, 18:35
1-12-2015, 13:17
7-08-2020, 16:32
5-06-2018, 15:37
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?