Gundemxeber.az » İqtisadiyyat » Mikayıl Cabbarov: "Bu il Azərbaycanda ÜDM-in artım tempi bizim proqnozlardan yüksək olub"
"Bu il Azərbaycanda ÜDM-in artım tempi proqnozlardan yüksək olub".
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, bu il Azərbaycanda ÜDM-in artım tempi 2021-ci ilin sonu üçün 3,4% həcmində proqnozlaşdırılsa da, Beynəlxalq Maliyyə Təşkilatları buna skeptik yanaşırdı:
"Onlar 1,7 %-dən yuxarı artım tempi görmürdülər. Lakin 11 ayın yekununda Azərbaycanda ÜDM-in artım tempi 5,3 faiz səviyyəsində qeydə alınıb ki, bu göstərici bizim öz proqnozlarımızdan yuxarıdır. Təbii olaraq aidiyyəti qurumlar da proqnozlarını yeniləyib və artırıb. Qeyri-neft sektorunda bu artım tempi daha da yüksək olub - 6,4%".
Nazir qeyd edib ki, burada vergi güzəştləri, investisiya təşviqi sənədi, ölkənin müxtəlif bölgələrində sənaye parklarının yaradılması, biznes mühiti, lisenziyalaşdırılmanın sadələşdirilməsi əsas rol oynayır: "Bu il qeyri-neft sənayesində 20 faizdən çox artım qeydə almışıq, qeyri-neft ixracı 44 faiz artıb ki, bu da həqiqətən yüksək rəqəmdir. Biz ilin sonuna qədər 2,6 milyard ABŞ dolları həcmində qeyri-neft ixracı nəzərdə tuturuq. Müstəqiliyimiz dövründə qeyri-neft ixracı 1,9 milyard ABŞ dollarından yuxarı olmayıb. Bu, tarixən yüksək göstəricidir. Həmçinin, Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi də artaraq 53 milyard ABŞ dollarına çatıb’’.
GUNDEMXEBER.AZ
27-11-2017, 11:35
16-05-2021, 10:41
9-01-2020, 14:37
25-08-2017, 15:47
5-06-2013, 19:03
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?