GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Dollar bahalaşır: Manatın məzənnəsi ilə bağlı GÖZLƏNTİLƏR

Dollar bahalaşır: Manatın məzənnəsi ilə bağlı GÖZLƏNTİLƏR

Tarix: 3-01-2022, 16:44 Bölmə :İqtisadiyyat Baxış: 557


2021-ci il ərzində ABŞ dollarının indeksi yüksəlməkdə davam edib. 31 dekabr 2021-ci il tarixinə ABŞ dollarının indeksi 95,97 olub. 2020-ci ilin dekabr ayının 31-nə indeks 89,93-ü təşkil edib. Yəni, illik müqayisədə ABŞ dollarının indeksi 6,72 faiz artıb. 

Bu indeks ABŞ dollarının digər valyutalara nisbətən dəyərini göstərir və yapon yeni, avro, Kanada dolları, ingilis funt sterlinqi, İsveç kronu, İsveçrə frankına nisbətdə müəyyənləşir. Valyuta səbətində avro 57,6 faiz, yapon yeni 13,6 faiz, ingilis funt sterlinqi 11,9 faiz, Kanada dolları 9,1 faiz, İsveç kronu 4,2 faiz, İsveçrə frankı isə 3,6 faiz paya sahibdir.


İllik müqayisədə indeksə əsasən ABŞ dollarının digər 6 valyuta qarşısında dəyər qazandığını görürük. 24 noyabr tarixində indeks 96,88-i təşkil edərək il ərzində ən yüksək həddə çatıb. Halbuki analitiklər pandemiya səbəbindən dolların 2021-ci ildə ucuzlaşacağını gözləyirdilər.

Dollar indeksi niyə artır?

Qlobal inflyasiyanın artması fonunda bir sıra böyük mərkəzi banklar faiz dərəcələri ilə bağlı sabit mövqe nümayiş etdirirlər, bu da digər əsas valyutaların dəyərinin aşağı enməsinə səbəb olur.

İqtisadiyyatın bərpası isə artmaqda davam edən inflyasiya ilə bağlı narahatlıqların olması ABŞ dollarını investorlar üçün təhlükəsiz və etibarlı bir vasitə edir. Federal Ehtiyat Sisteminin tezliklə faiz dərəcəsini artıra bilmə ehtimalı da dolları cəlbedici qılır. Dolayısıyla mövcud proseslər ABŞ dollarının indeksinin artmasına təsir edir.

Hazırda dollarla əlaqəli aktivlər, istiqraz və digər qiymətli kağızların da dəyəri artır. Bu, ABŞ-a mal ixrac edən şirkətlərin gəlirlərinə müsbət, Birləşmiş Ştatlardan mal və ya xidmət idxal edən korporasiyalar üçün isə neqativ bir hal hesab edilir.

İnflyasiya və dolların digər valyutalar qarşısında dəyər qazanmasının manatın məzənnəsinə təsiri gözlənilir?

Mərkəzi Bankın 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir ki, cari ildə proqnozlaşdırılan neft qiymətləri, qeyri-neft ixracının artım dinamikası, nəticə etibarı ilə profisitli tədiyə balansı və təsdiq olunmuş dövlət büdcəsinə əsasən Neft Fondundan dövlət büdcəsinə transfertlərin artırılması valyuta bazarında tarazlığı təmin edəcək və qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə dayanıqlığını dəstəkləyəcək.

Yəni, 2022-ci ildə neft qiymətləri ilə bağlı müsbət proqnozları, eyni zamanda məhsula tələbin artacağını nəzərə alsaq, ölkəyə daxil olan xarici valyutaların həcmi baxımından məzənnədə sabitliyin olacağı proqnozlaşdırılır. Manatın məzənnəsi ilə bağlı digər müsbət göstəricilərdən biri də ölkənin strateji valyuta ehtiyatlarının 11 ayda 4,4 faiz (2,2 milyard ABŞ dolları) artaraq 53 milyard ABŞ dollarını, Mərkəzi Bankın ehtiyatları isə 10,2 faiz artaraq 7 milyard ABŞ dollarını üstələməsidir.

Bəyanatda digər diqqətçəkən məqam isə inflyasiya ilə əlaqədar pul siyasətinin daha sərt rejimə keçirilməsi zərurətinin yarana bilmə ehtimalı ilə bağlıdır. Görünən odur ki, Mərkəzi Bank cari ildə inflyasiyanı cilovlamaq və manatın dəyərini saxlamaq məqsədilə faiz dərəcəsini artıra bilər.


Gundemxeber.Az 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AZƏRBAYCAN MƏRKƏZİ BANKININ VALYUTA MƏZƏNNƏLƏRİ (15.10.2018)

    AZƏRBAYCAN MƏRKƏZİ BANKININ VALYUTA MƏZƏNNƏLƏRİ ...

    15-10-2018, 09:39

  • 
  • Bu il “Brent” markalı neftin orta qiyməti 42 dolları ötüb

    Bu il “Brent” markalı neftin orta qiyməti 42 ...

    21-11-2020, 12:22

  • 
  • Dollar gələn ildən ucuzlaşacaq - "Goldman Sachs"

    Dollar gələn ildən ucuzlaşacaq - "Goldman ...

    19-11-2018, 16:50

  • 
  • Mərkəzi Bankdan dollar AÇIQLAMASI

    Mərkəzi Bankdan dollar AÇIQLAMASI ...

    11-11-2015, 19:52

  • 
  • Azərbaycanda bahalaşan məhsulların siyahısı açıqlandı

    Azərbaycanda bahalaşan məhsulların siyahısı ...

    9-08-2021, 18:22


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu