Gundemxeber.az » İqtisadiyyat » ABŞ dollarının möhkəmlənməsi qızılın ucuzlaşmasına səbəb olub
Dünya birjasında qızıl möhkəmlənən ABŞ dollarının təzyiqi altında ucuzlaşıb.
Gundemxeber.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,3% və ya 5,35 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 791,95 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçersləri isə 0,44% ucuzlaşaraq, 1 unsiyası 22,31 ABŞ dolları səviyyəsinə düşüb.
Dəyərli metallar bazarında müşahidə olunan mənfi dinamikanın səbəbkarı olan ABŞ dollarının indeksi 0,22% artaraq, 95,93 bənd səviyyəsinə çatıb.
Analitiklərin proqnozlarına görə, qızılın 1 unsiyasının qiyməti 1 800 ABŞ dollarından yuxarı qalxmayacaq.
Gundemxeber.az
16-01-2016, 12:54
14-11-2020, 10:37
16-12-2014, 11:27
7-07-2016, 14:36
12-11-2015, 12:48
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?