“Azərbaycan startapı “Bankoff” Rusiya vətəndaşlarına şərait yaratdığına görə Amerika tərəfindən sanksiyalara məruz qalıb və “Visa” şirkəti yerli startapa dəstəyini dayandırıb. “Bankoff”da hesabı olan şəxslərin pulları dondurulub.
Gundemxeber.az Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas “Facebook” hesabında məlumat paylaşıb. Onun sözlərinə görə, “Visa”nın və digər ödəmə sistemlərinin Rusiyada bloklanmasından sonra birdən-birə “Bankoff” müştəriləri artıb: “Bu startap “WhatsApp” botu vasitəsilə virtual bank kartı yaratmağa və karta pul vurub, ödənişlər etməyə imkan verirdi və “Visa”dan dəstək alırdı. Dolayı yolla ruslar “bankoff” vasitəsilə ödəmələr etməyə başladılar. Bir müddət sonra Ukrayna medyasında "Azərbaycan startapı ruslara imkan yaradır və dəstək olur" deyə xəbərlər çıxmağa başladı. Daha sonra məsələ lokal mediaya da sıçradı və startapın təsisçisi biznes maraqlarının siyasi maraqlara qatılmamalı olduğunu qeyd edərək paylaşım etdi. Bütün bunlara baxmayaraq “Visa” sərt addım atdı və “bankoff”a dəstəyi dayandırdı. Böyük ehtimal da bununla hər şey batdı. Ani verilən yanlış qərar, hər şeyi alt-üst elədi. Müharibə məsələsində görünən odur ki, qlobal şirkətlər xüsusən ABŞ heç kimi bağışlamayacaq”.
Sorğu
Yeni dizaynımız necədir?