Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
Məlumata görə, 2022-ci il mayın 18-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avro isə 1.7904 manata yüksəlib. 1 Rusiya rublu 0.0263 manata, 1 türk lirəsinin məzənnəsi isə 0.1069 manata enib. Maraqlıdır ki, dolların bahalaşması ehtimalı varmı? Azərbaycan manatı qarşısında bu proses dəyişə bilərmi? Gundemxeber.az-ın məlumatına görə, iqtisadçı Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında bildirib ki, dollara bağlılıq yüksək olduğu üçün biz bu məzənnə sabit saxlanılır: “İndiki vəziyyətdə valyutalara təsir edəcək amillər var. Məsələn, idxal-ixrac məsələləri arasında saldo ona mütləq təsir edir. Azərbaycanda isə bu məsələ müsbətdir. Belə olduğu halda, valyutanın möhkəmlənməsi mümkündür. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, Azərbaycan tam “üzən məzənnə” siyasətinə keçməyib. Ona görə də biz bunu “x” qiymətdə saxlamışıq. Yəni ki, bizim ticarət balansımız mənfi də olanda biz onu 1.70-də saxlamışdıq. İndi də balansımız müsbətdir və 1.70-də qalıb. Digər tərəfdən müəyyən dövrdə avro baha idi, hazırda manat 15 qəpiyə qədər ona qarşı möhkəmlənib. Dollara bağlılığımız yüksək olduğu üçün biz bu məzənnəni sabit saxlayırıq, ancaq digər valyutalara qarşı dollar möhkəmlənirsə, Azərbaycan manatı da təbii ki, reaksiya verir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?