Koronavirus pandemiyası davam edir. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 64 yeni yoluxma faktı qeydə alınıb, 60 nəfər müalicə olunaraq sağalıb.
Məlumatda analiz nümunələri müsbət çıxan 2 nəfərin vəfat etdiyi bildirilib. Hazırda koronavirusa yoluxmuş aktiv xəstə sayı 370 nəfərdir. Aydındır ki, koronavirusa yoluxan xəstələr müalicə müəssisələri ilə yanaşı, həm də ev şəraitində müalicə alırlar. Maraqlıdır, hazırda xəstəxanalarda neçə koronavirus xəstəsi var? Gundemxeber.az bildirir ki, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Cebhe.info-nun sorğusuna cavab verilib. Bildirilib ki, xəstəxanada müalicə alan aktiv xəstələrin sayı azdır: "Məhəmmədli modul xəstəxanası fəaliyyətini qismən davam etdirir. Bu günə olan məlumata görə, Məhəmmədli modul xəstəxanasında 27 aktiv xəstə mövcuddur, onlardan 5-i reanimasiya şöbəsində müalicə olunur".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?