GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » 100 illik qaz ixracı: Qiymətlər nəyi deyir?

100 illik qaz ixracı: Qiymətlər nəyi deyir?

Tarix: 3-02-2023, 20:12 Bölmə :İqtisadiyyat Baxış: 435

Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı keçirilir. Tədbir iştirakçılarından bəzilərinin fikrincə, burada əsas məsələ Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsi perspektivlərinin müzakirəsidir.

Elə Azərbaycan Prezidenti İlham Əliyev də çıxışında bu məsələyə də toxunub: “Biz yeni marşrutların qurulması və yeni resursların cəlb olunması sahəsində işləyirik. İndi görürük ki, bu, heç vaxt olmadığı qədər vacibdir… Bu gün biz artıq TANAP-ın (Trans Anadolu Boru Xətti) 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP-ın (Trans Adriatik Boru Xətti) isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi haqqında danışırıq”Prezident qeyd edib ki, Azərbaycan qaz ixracını ildən-ilə artırır: “2021-ci ildə ixracatımız 19 milyard kubmetr, 2022-ci ildə 22.6 milyard kubmetr təşkil edib, 2023-cü ildə 24.5 milyard kubmetr təşkil edəcəyi planlaşdırılır”.

“…Ən azı 100 il kifayət edəcək”

O, həmçinin deyib ki, “təbii qaz ehtiyatlarımız bizim və tərəfdaşlarımız üçün ən azı 100 il kifayət edəcək”.

CQD 2020-ci ildən işə düşüb. O, Azərbaycan qazını Avropaya nəql edir. Dəhliz Bakıdan başlayaraq Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya qədər uzanır. Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan qaz TANAP və TAP vasitəsilə İon-Adriatik boru kəmərinə çatdırılacaq və Şərqi Avropa ölkələrinə də paylanacaq. Dəhlizin başlanğıc seqmenti Cənubi Qafqaz Boru Kəməridir.

Ötən ilin iyulunda Avropa İttifaqının təmsilçiləri Azərbaycan ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair memorandum imzalayıblar. Memoranduma əsasən, Azərbaycan Avropaya nəql etdiyi qazın həcmini 2027-ci ildə 20 milyard kubmetrə çatdırmalıdır. Hazırda TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetrdir.

Bir ilə 15 milyard dollarlıq ixrac

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2022-ci ildə Azərbaycandan 14 milyard 989 milyon 675 min dollarlıq təbii qaz ixrac olunub. Ötən il ixracda 18 faiz artım olub.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə Azadlıq Radiosuna bildirib ki, Azərbaycanın əlavə qaz verəcəyi istiqamətlər artıq müəyyənləşib: “Prezident həftə əvvəlində Budapeştdə oldu və bildirdi ki, Macarıstan Azərbaycandan yalnız qaz almayacaq, o, həm də Azərbaycan qazının tranzit ölkəsinə çevriləcək”.

NABUKKO-nu canlandırmaq

Ekspertin xatırlatmasına görə, prezident deyib ki, “biz tarixə qovuşmuş NABUKKO layihəsini canlandırırıq”: “Faktiki olaraq 2013-cü ildə layihə kimi gündəmdən çıxmış bu layihə çox simvolik məna daşıyır. Məhz Azərbaycan o vaxt TAP-ı seçməsi ilə Avropanın 11 il gündəmdə olan bu layihəsini arxivə göndərdi”.

NABUKKO qaz kəməri Xəzər bölgəsi və Orta Asiyanın təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tuturdu.

“Üç potensial layihə”

Ekspertin sözlərinə görə, qazla bağlı Azərbaycanın üç potensial layihəsi var: “”Azəri-Çıraq-Günəşli” blokunun dərin qatındakı qaz yatağıdır. Bunun işləyib bazara çıxarılması maksimum 2025-ci ilə mümkündür. 2028-ci ilə “Abşeron-2” layihəsinin işə salınması mümkündür. Üçüncü layihə isə “Ümid” və “Babək”dir. Artıq “Ümid”dən ötən il 1.5 milyard kubmetr qazı çıxara bildik və oradan yaxın 5 il ərzində 3 milyard kubmetr qazının çıxarılması planlaşdırılır”.

Qazın satış qiyməti…

İ.Şaban vurğulayıb ki, 2022-ci ildə Avropada qazın orta qiyməti 1350 avro olub: “Bizim özümüzün ixrac etdiyimiz qaz Gürcüstan və Türkiyə nəzərə alınmaqla 800 dollardır. Avropaya satdığımız qazın qiyməti 1000 dollar olub. Bu il qiymət 700 dollar olsa belə, biz uduzmuruq, çünki 2021-ci ildə biz qazı 300 dollara satmışdıq”.

Onun fikrincə, Azərbaycanın Avropaya qaz ixracının artırılması ölkədəki qaz qiymətlərinə təsir etməyəcək.

Xatırlatma

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də gerçəkləşib. Hər il baş tutan bu toplantının sonuncusu isə 2022-ci il fevralın 4-də keçirilmişdi.

GUNDEMXEBER.AZ




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan 7 milyard dollar axtarır

    Azərbaycan 7 milyard dollar axtarır ...

    11-05-2016, 18:28

  • 
  • Əliyev və Ərdoğan TANAP-ı işə salacaqlar

    Əliyev və Ərdoğan TANAP-ı işə salacaqlar ...

    18-11-2019, 12:38

  • 
  • “Cənub Qaz Dəhlizi” layihəsinin 72 faizi icra edib

    “Cənub Qaz Dəhlizi” layihəsinin 72 faizi icra edib ...

    14-12-2017, 12:14

  • 
  • Salih Yılmaz: "TANAP Azərbaycan qazının Türkiyə və Avropaya nəqli üçün böyük imkanlar açacaq"

    Salih Yılmaz: "TANAP Azərbaycan qazının ...

    2-12-2019, 14:43

  • 
  • SOCAR: "İndiyədək TANAP ilə 16 mlrd kubmetr Azərbaycan qazı nəql edilib"

    SOCAR: "İndiyədək TANAP ilə 16 mlrd kubmetr ...

    3-06-2022, 11:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (388)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu