Gundemxeber.az » İqtisadiyyat » Dünyanın ən böyük neft şirkəti rekord gəlir əldə etdi
Dünyanın ən böyük neft şirkəti “Saudi Aramco”nun 2022-ci ildə xalis mənfəəti rekord həddə – 161,1 milyard dollara çatıb.
Bu barədə Səudiyyə şirkətinin mətbuat xidməti öz saytında məlumat yayıb.
2021-ci ildə “Saudi Aramco” 110 milyard dollar qazanıb. Bu isə o deməkdir ki, ötən il şirkət qazancını 46,5% artırıb. Bu nəticələr yüksək neft qiymətləri və satış həcmi sayəsində əldə edilib.
Orta hesabla, 2022-ci ildə şirkət gündə 13,6 milyon barel neft hasil edib (2021-ci illə müqayisədə +10,6%). Maye karbohidrogenlərin hasilatı sutkada 11,5 milyon barel təşkil edib.
GUNDEMXEBER.AZ
15-12-2019, 12:38
16-09-2019, 16:30
16-09-2019, 15:03
15-08-2014, 10:15
9-09-2020, 10:12
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?