Gundemxeber.az » İqtisadiyyat » Rusiyada gəliri ən çox artan şəxs Vahid Ələkbərovdur
“Forbes” jurnalı 2022-ci il üçün Rusiyada dividend gəlirləri ən yüksək olan 50 iş adamının reytinqini təqdim edib.
Gundemxeber.Az bildirir ki, beləliklə, rusiyalı 50 iş adamı arasında birinci pilləni “LUKOIL” şirkətinin sahibi Vahid Ələkbərov tutur.
Azərbaycan əsilli rusiyalı iş adamının dividend gəlirləri 1,703 milyard təşkil edib.
Reytinqdə ikinci yerdə “Norilsk Nikel”in prezidenti və əsas sahibi Vladimir Potanin qərarlaşıb.
Onun “Norilsk Nikel”in aktivlərindən əldə etdiyi dividend gəliri 1,630 milyard dollar təşkil edib.
Üçüncü yeri “XTX Markets”in təsisçisi Aleksandr Gerko tutub.
Ticarət şirkətinin təsisçisinin dividend gəliri 1,542 milyard dollar olaraq qiymətləndirilir.
Məlumat üçün əlavə edək ki, Azərbaycan əsilli rusiyalı milyarder, “LUKOIL”un təsisçisi Vahid Ələkbərov 2023-cü ildə ən çox varlanan rusiyalılar siyahısında ilk yerdədir.
İlin əvvəlindən o, 4,8 milyard dollar qazanıb, kapitalı isə 20,2 milyard dollara çatıb. İş adamının hazırda 72 yaşı var.
Gundemxeber.Az
10-04-2018, 23:50
2-09-2017, 11:51
2-01-2019, 17:01
24-04-2017, 10:17
24-05-2018, 22:44
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?