“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarların, o cümlədən xarici iş adamlarının biznes layihələrinin qəbulu üçün bu günə qədər 1 500-dən artıq müraciəti müvafiq formaya uyğun qeydə alınıb”.
Bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən 2-ci Türk Dövlətləri Aqrobiznes Forumunda deyib.
“Onların 500-ə qədəri xarici iş adamlarından daxil olan müraciətlərdir. Xarici müraciətlərin yarıdan çoxu Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin payına düşür”, - deyə O.Məmmədov əlavə edib./report.az/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?