GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Ölkəmizdə elektromobil sahibləri hansı problemlərlə üzləşirlər? - ARAŞDIRMA

Ölkəmizdə elektromobil sahibləri hansı problemlərlə üzləşirlər? - ARAŞDIRMA

Tarix: 16-10-2023, 12:41 Bölmə :İqtisadiyyat Baxış: 373

Dünyada və Azərbaycanda elektromobillərə maraq artır. Hər il ölkəyə idxal olunan elektriklə işləyən avtomobillərin sayında sürətli artım müşahidə edilir. Lakin şarj aparatları (enerji doldurma aparatları) ilə bağlı problemlər hələ də qalmaqdadır. Bəzi küçələrdə səkilərə belə aparatlar quraşdırılıb. Lakin yolun kənarında saxlanılan maşınlar elektrik avtomobillərinə şarj aparatından istifadə etməyə imkan vermir. Bəs enerji doldurma aparatları harada quraşdırılmalıdır? Ölkəmizdə elektromobil sahibi olanlar başqa hansı problemlərlə üzləşirlər? 

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Bakıda problemlər həllini tapır

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının nümayəndəsi Eyyub Əliyev bildirib ki, bu sahədə əsas problem rayonlardadır:
“Ən böyük problemlərdən biri enerji doldurma məntəqələri ilə bağlıdır. Bakıda ticarət mərkəzlərində, bir çox restoranlarda, hətta yeni yaşayış komplekslərinin dayanacaqlarında özəl sektor nümayəndələri tərəfindən şarj məntəqələri quraşdırılıb. Yanacaqdoldurma məntəqələrində enerji doldurma stansiyaları da fəaliyyət göstərir. Əsas problem bölgələrə gedərkən yolüstü məntəqələrin olmaması, yaxud məhdudluğudur. Bakıda bu problem həllini tapır. Yanacaqdoldurma məntəqələrinin demək olar ki, hamısında bu aparatlar var”.

E.Əliyevin sözlərinə görə, küçədə quraşdırılan aparatlara nəzarət etmək mümkün deyil:

“Elektrikli avtomobillərin çox istifadə olunduğu xarici ölkələrə baxdıqda, orada da küçələrdə kiçik şarj məntəqələri quraşdırılır. Ticarət mərkəzilərində, böyük tikinti layihələrinin dayanacağında xüsusi yerlər ayrılıb. Kənar maşınların orada saxlamamasına nəzarət olunur. Amma küçədə quraşdırılan aparata nəzarət mexanizmi bir az çətindir”.  

Özəl sektor daha çox maraqlı oldu 

E.Əliyev bildirib ki, aparatların sayı ilə bağlı rəsmi statistika yoxdur:

“Bu iş tam dövlət tərəfindən həyata keçirilmir. Ona görə, qurumlarda statistika da olmur. Kimsə bina tikib, kompleksin dayanacağına aparat yerləşdiribsə, heç bir quruma məlumat təqdim etmir. Aparatların quraşdırılmasını dövlətdən gözləyirdik. Amma özəl sektor daha çox maraqlı oldu”. 

Müsahibimiz qeyd edib ki, dövlət tərəfindən də layihələndirmə işləri gedir:

“Gələn ilin əvvəllərində artıq dövlət tərəfindən quraşdırılan məntəqələri də çox sayda görə bilərik. Layihələndirən qurum qərar verəcək ki, harada yerləşdirmək lazımdır. Əsas məqsəd kifayət qədər doldurma məntəqəsinin olmasıdır”. 

“Vətəndaş aldığı avtomobillə problem yaşamaq istəmirsə...”

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun fikrincə, ölkəmizdə heç bir ehtiyat hissəsi, servis xidməti olmayan maşınları gətirməyə ehtiyac yoxdur:
“Elektromobil doldurma məntəqələrinin azlığı problemini həll etmək üçün ötən il dövlətin qərarı ilə ölkəmizə idxal olunan enerji doldurma məntəqələrində istifadə olunan avadanlıq və cihazlar bütün gömrük rüsumlarından azad edildi. Bu qərar sahibkarlar həmin aparatları alsınlar, məntəqələrin sayı artsın deyə verilib. Əgər vətəndaş aldığı avtomobillə problem yaşamaq istəmirsə, ilk növbədə ölkəmizə gətirilməsinə icazə verilən, servisi, ehtiyat hissələri olan nəqliyyat vasitəsini almalıdır”.

Ən çox problem rayonlardadır

Elektromobil və onun avadanlıqlarını satan Fəxri Axundov isə bildirib ki, elektrik mühərrikli avtomobil sürən şəxslər texniki olaraq 2 problemlə üzləşirlər:

“Birincisi, elektrik xəttinin parkinq yerinə çəkilməsi ilə bağlıdır. Ya parkinq yeri yoxdur, ya da yer var, amma elektrik çəkilməsinə MTK-lar icazə vermir. Maşın rahat enerji yığa bilsin deyə, parkinq yeriniz olmalıdır. Çünki elektromobil yanacaqdoldurma məntəqələri daimi istifadə üçün nəzərdə tutulmayıb. Hər binada isə belə şərait olmur. Bəzisində isə şərait var, lakin bina rəhbərliyi xəttin çəkilməsi ilə razılaşmır. Xarici ölkələrin qanunvericiliyində belə bir qayda var ki, yeni tikilən binalarda elektromobillərin enerji doldurması üçün yerlər olmalıdır. Həmçinin, qanun yanacaqdoldurma məntəqələrini də məcbur edir ki, maşınların enerji şarjı üçün şərait yaratsınlar. Bizdə isə bunlar mövcud deyil. İkinci problem isə rayonlarda doldurma məntəqələrinin olmamasıdır. Bakıda isə çatışmazlıq stansiyaların az olmasıdır”.   

Stansiyalarda növbə gözləmək çətinliyi

F.Axundov bildirib ki, insanlar cüzi bir xərc çəkərək özlərinə doldurma stansiyası yarada və maşınlarını rahatlıqla şarj edə bilərlər:
“Maşınların sayına görə aparatlar yetərli deyil. Həmin stansiyalara axşam getsəniz, görəcəksiniz ki, hamısında növbələr olur. Bəzi elektromobil istifadə edənlər buna məcburdurlar, çünki başqa şəraitləri yoxdur. Elə insanlar var ki, 3-5 gündən bir gedib stansiyalarda saatlarla maşınlarının şarj olmasını gözləyirlər. İkinci bir variant isə, əgər parkinq yeriniz varsa, özünüzə stansiya yaratmaqdır. Amma bir çox sürücülər bunun üçün pul xərcləmək istəmirlər. Elektromobilin doldurma üsulu fərqlidir. Benzin kimi tez doldurub, sürüb getmək mümkün deyil. Çünki bu maşınların batareyası böyük enerji tələb edir. O enerjini heç bir doldurma məntəqəsindən almaq mümkün deyil. Bu, saatlarla vaxt tələb edir. Dünya ölkələrində də bu maşınları istehsal edən şirkətlər tövsiyə edir ki, parkinq yerlərində stansiyalar quraşdırın. Burada özünüzə doldurma məntəqəsi yaratmış olursunuz. Axşamdan səhərə qədər maşınınız enerji yığır”.

50 manat cərimə tətbiq edilsin

Parklanma yerlərində quraşdırılan aparatlara da toxunan müsahibimiz qeyd edib ki, cərimələr olsa, belə hallar yaşanmaz:
“Əgər parklanmaya icazə verilirsə, orada aparatın quraşdırılması mümkündür. Lakin bu, qanunvericilik ilə tənzimlənməlidir. Elektromobil doldurma aparatlarının qarşısında daxili yanma mühərrikli maşınların saxlanılması qadağan edilməlidir. Adi parkinq qaydalarının pozulması 20 manatdırsa, o qadağa üçün cəza 50 manat olmalıdır”.  
F.Axundovun sözlərinə görə, Azərbaycanda olan yanacaqdoldurma məntəqələrində əgər hərəsində heç olmasa, 2 tapançalı 1 stansiya olsa, bu, bütün elektromobil istifadəçilərinə artıqlaması ilə kifayət edər. 

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elektriklə işləyən maşınlar Bakıda - FOTOLAR

    Elektriklə işləyən maşınlar Bakıda - FOTOLAR ...

    27-12-2014, 01:05

  • 
  • “Problemlər mövcuddur”- “Bakıelektrikşəbəkə” ASC

    “Problemlər mövcuddur”- “Bakıelektrikşəbəkə” ASC ...

    31-01-2014, 13:38

  • 
  • Fazil Məmmədovun yeni kassa aparatları əməliyyatı

    Fazil Məmmədovun yeni kassa aparatları əməliyyatı ...

    8-12-2012, 10:45

  • 
  • Pilotsuz uçuş aparatları endirildi

    Pilotsuz uçuş aparatları endirildi ...

    7-04-2016, 21:37

  • 
  • Taksilərlə bağlı YENİ QƏRAR

    Taksilərlə bağlı YENİ QƏRAR ...

    10-05-2016, 12:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (471)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu