Gundemxeber.az » İqtisadiyyat » Maaş kartı bağlanan bankdan olanlar çətin durumda - NƏ ETMƏLİ?
“Expressbank” 2023-cü ilin ilk 9 ayını 9 milyon 967 min manat xalis mənfəətlə bitirib.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.3% və ya 1,3 milyon manat azdır. Belə ki, 2022-ci ilin III rübündə bank 11 milyon 235 min manat xalis mənfəət açıqlamışdı. Bu dövrdə “Expressbank”ın cəmi öhdəlikləri 371 milyon 112 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 20% və ya 63.2 milyon manat çoxdur. Bankın depozit portfeli də cari ilin ilk 9 ayında 0.5% və ya 1 milyon manat artaraq 194 milyon 126 min manata çatıb.
2023-cü il oktyabr ayının 1-nə “Expressbank”ın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 1.4% və ya 1 milyon 758 min manat azalaraq 127 milyon 377 min manat təşkil edib
Qeyd edək ki, son günlər bankların vəziyyəti və zəif bankları bağlanması ilə bağlı proseslər gündəmdədir. Son illər ölkədə bir çox bank bağlansa da, hazırda daha 10 bankın bağlanma təhülkəsinin olduğu deyilir. Bugünlərdə isə növbəti bank- “Muğan bank” bağlandı və növbəti bağlanacaq banklar sırasında “Bank BTB”, “Bank VTB” və “Ekspressbank” kimi bankların adı çəkilir.
Banklar bağlandıqda vətəndaşlar əmanətlərini bir neçə ay müddətində geri ala bilirlər. Ancaq banklar bağlananda yaranan əsas problemlərdən biri vətəndaşların əmək haqqı kartlarının bloklanmasıdır. Yəni əgər vətəndaş əmək haqqını bağlanan bankdan alırsa, həmin bank bağlandığı üçün müəyyən müddət maaşını ala bilmir. Bu da vətəndaşlar üçün problem yaradır.
Gundemxeber.az-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, hər bir halda bankın kartındakı vəsait qorunan əmanətdir və həmin vətəndaş onu 1 aydan sonra alacaq:
“Yəni Əmanətlərin Sığortalanması Fondu həmin pulu 1 ay ərzində verəcək. Əmanətçi də 1 ay gözləməli olacaq. Doğrudur, vətəndaş da planlaşdırıb ki, bu ay əmək haqqını alacaq, borcu, xərci var. Ancaq əmək haqqı ilə bağlı vəziyyət də digər əmanətçilərlə eynidir. Bu barədə bank əvvəlcədən məlumat verə bilməz. Mərkəzi Bank əvvəlcədən deyə bilməz ki, mən filan bankı ləğv edəcəyəm. Çünki bu, öncədən deyilsə, müştərilər həmin banka axışacaq və bank iflic vəziyyətə düşəcək”.
Ekspert xatırladıb ki, “Əmanətlərin sığortalanması haqqında” Qanuna dəyişiklik olub:
“Əgər əvvəllər bank bağlananda Əmanətlərin Sığortalanması Fondu qorunan əmanəti 3 ay ərzində kompensasiya etməli idisə, indi bu müddəti 1 aya endiriblər. Yəni sırf bu məsələlərə görə ki, insanlar 3 ay əziyyət çəkməsin. Vətəndaş, xüsusilə də əmək haqqı ilə dolanan insan üçün 1 ay da böyük müddətdir. Ancaq yəqin ki, müddəti 1 aydan az da etmək olmaz. Çünki bank bağlandısa, ən azı yoxlamalı, saymalıdırlar. Bu baxımdan da dövlət indiki halda bu müddəti azalda bilməz. Nəticədə vətəndaş 1 ay gözləməli olacaq”.
Gundemxeber.az
7-11-2018, 16:24
12-10-2020, 12:21
29-04-2019, 15:32
13-10-2023, 15:33
30-07-2020, 11:49
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?