"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq pul siyasətinin hədəfi növbəti ildə də illik inflyasiyanı 4±2% intervalında saxlamaqdan ibarət olacaq.
GUNDEMXEBER,AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Bildirilib ki, əvvəlki illərdə olduğu kimi növbəti ilə də hədəf göstəricisi Dövlət Statistika Komitəsi tərəfindən hesablanan istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi olacaq.
Mərkəzi Bankın son proqnozlarına görə davam edən pul siyasəti nəzərə alınmaqla 2024-cü ildə illik inflyasiyanın 5-5.5% civarında olacağı gözlənilir. İnflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonunda formalaşmasını dəstəkləyəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?