Gundemxeber.az » İqtisadiyyat » Dünya şöhrətli bankir: "Bu, ABŞ iqtisadiyyatını uçuruma aparır"
Dövlət borcu ABŞ iqtisadiyyatını “uçurumun kənarına” doğru aparır.
Gundemxe xəbər verir ki, bu fikri Amerikanın JPMorgan bankının rəhbəri Ceyms Dimon səsləndirib.
O, Fox News-a müsahibəsində deyib: "Bu, uçurumdur və biz bu uçuruma baxırıq. Hələ təxminən 10 il var, lakin biz saatda 60 mil (təxminən 97 km/saat – red.) sürətlə ona doğru tələsirik".
Dimon ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Pol Rayanın qartopu kimi böyüyən milli borcu Birləşmiş Ştatların tarixində "ən proqnozlaşdırıla bilən böhran" adlandırması ilə razılaşdığını bildirib.
ABŞ-ın maliyyə naziri Janet Yellen bir müddət əvvəl ABŞ-ın 34 trilyon dollarlıq dövlət borcunun həcmini “qorxulu” adlandırmışdı.
Yanvarın əvvəlində ABŞ Maliyyə Nazirliyi ölkənin dövlət borcunun 34 trilyon dolları keçdiyini bildirib. 2023-cü ildə o, 4 trilyon dollardan çox artıb.
Gundemxeber.az
3-12-2014, 22:27
18-05-2016, 12:24
4-01-2019, 10:05
24-08-2017, 22:55
2-10-2018, 16:22
Sorğu
Yeni dizaynımız necədir?