GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Sərt monetar siyasətdən tədricən yumşalmaya gedilsin... - BUNA İMKAN VAR...

Sərt monetar siyasətdən tədricən yumşalmaya gedilsin... - BUNA İMKAN VAR...

Tarix: 2-05-2024, 09:49 Bölmə :İqtisadiyyat Baxış: 491

Sərt monetar siyasətdən tədricən yumşalmaya gedilsin...

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti mayın 1-də keçirilən iclasında uçot dərəcəsinin 7.5 faizdən 7.25 faizə, faiz dəhlizinin yuxarı həddinin 8.5 faizdən 8.25 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.

Mərkəzi Bankdan verilən məlumata görə, qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2 faiz) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib: “Proqnozlaşdırılan inflyasiyanın aşağıya doğru dəyişdiyini nəzərə almaqla faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin azaldılması monetar şəraitin yumşalmasına yönəldilib. Aşağı həddin dəyişməz saxlanılması isə banklararası faizlərin dəyişkənliyinin azaldılmasına xidmət edir. Faiz dəhlizinin bu parametrləri müəyyənləşdirilərkən onların banklararası pul bazarındakı faizlərə təsir potensialı da nəzərə alınıb”.

Tənzimləyici bildirir ki, İdarə Heyətinin ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam edib: 2024-cü ilin martında 12 aylıq inflyasiya 0.4 faiz, 12 aylıq baza inflyasiya isə 1 faiz təşkil edib. İllik ərzaq deflyasiyası 1.1 faiz, qeyri-ərzaq inflyasiyası 1.1 faiz, xidmətlər inflyasiyası isə 2.2 faiz olub: “Aşağı inflyasiya mühiti inflyasiya gözləntilərinin azalmasını dəstəkləyir. Aparılan sorğuların nəticələrinə görə, birinci rübdə inflyasiyanın yüksələcəyini gözləyən ev təsərrüfatlarının payı bundan öncəki rüblə müqayisədə 1 faiz bəndi azalıb.
İnflyasiyanın xarici fonu əlverişli olaraq qalır. Qlobal inflyasiya dünya əmtəə qiymətlərinin aşağı düşməsi nəticəsində yavaşlayıb. Dünya Bankının məlumatına əsasən əmtəə qiymətləri indeksi 2024-cü ilin martında əvvəlki ayla müqayisədə artsa da, illik əsasda 0.3 faiz, o cümlədən qeyri-enerji qiymətləri üzrə 2.4 faiz enib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi martda illik əsasda 7.7 faiz azalıb. Manatın nominal effektiv məzənnəsinin (2023-cü ildə 19.3 faiz və 2024-cü ilin birinci rübündə 2.7 faiz) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib".
Mərkəzi Bankdan deyilənə görə, profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır. Tədiyə balansının əsas komponenti olan ticarət balansında 2024-cü ilin birinci rübündə 2.3 milyard ABŞ dolları məbləğində profisit formalaşıb: “Yenilənmiş proqnozlara əsasən mövcud meyillər davam edəcəyi təqdirdə, 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir”.
AMB pul siyasəti alətlərini maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişiklikləri nəzərə almaqla tətbiq edir: “Pul siyasəti alətlərindən aktiv istifadə pul bazarında orta faizlərin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkətini təmin edir. Aprel ayının ötən dövründə 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 6.66 faiz (martda 6.52 faiz) olmaqla faiz dəhlizi daxilində formalaşıb. Son vaxtlar banklararası bazarda faizlərin faiz dəhlizi daxilində artması, 1D AZIR indeksi ilə uçot dərəcəsi arasındakı fərqin azalması müşahidə edilir. Bu dövrdə avtonom (pul siyasətindən kənar) amillərin, xüsusən də dövlət büdcəsindəki profisitlə əlaqədar olaraq hökumət hesabları qalıqlarının artımı bank sistemindəki likvidliyə azaldıcı təsir edib. İlin əvvəlindən bəri Mərkəzi Bankın notları və dövlət qiymətli kağızları üzrə gəlirlilik də əsasən artım istiqamətində dəyişib”.

AMB İdarə Heyətinin ötən iclasından bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişiklik baş verməyib: “Geosiyasi gərginliklər, mühüm beynəlxalq ticarət yollarında yaranan maneələr, iqlim dəyişiklikləri, dünya bazarında əmtəə qiymətlərinin və tərəfdaş ölkələrdə inflyasiyanın dəyişkənliyi xarici mənşəli başlıca inflyasiya riskləri olaraq qalır. Bununla belə, dünyada monetar şərtlərin sərt olaraq qalması, ortamüddətli perspektivdə aparıcı ölkələrdə mərkəzi bankların faizləri daha mülayim endirməsi gözləntiləri qlobal inflyasiyanı azaldacaq amildir. İnflyasiyanı artıra biləcək başlıca daxili risk isə yerli xərc amillərinin, eləcə də dövlət xərclərinin aktivləşməsi və məcmu tələbin izafi artımı ilə əlaqədardır.
Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə, 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı gözlənilir (aprel proqnozu: 2024-cü ilə 3.5 faiz və 2025-ci ilə 4.2 faiz)". Göründüyü kimi, Mərkəzi Bank apreldə 2024-cü ilə inflyasiya proqnozunu azalma istiqamətində dəyişdirib: 5,3 faizdən 3,5 faizədək.
Tənzimləyicinin pul siyasəti ilə bağlı növbəti qərarları faktiki inflyasiyanın proqnozla müqayisəsindən, xarici və daxili mənşəli risk amillərinin dinamikasından asılı olacaq: “İnflyasiya amillərinin tarazlıq səviyyəsi, inflyasiyanın cari dinamikası və pul siyasətindən kənar amillərin monetar şəraitə və məcmu tələbə təsiri faiz dəhlizi parametrlərinin yaxın perspektivdə dəyişməz saxlanılması ehtimalını yüksəldir. Qarşıdakı dövrdə də makroiqtisadi göstəricilərin hərtərəfli təhlili davam etdiriləcək, ölkədə qiymət sabitliyini təmin etmək üçün bütün mövcud vasitələrdən istifadə ediləcək”.
AMB İdarə Heyətinin sədrin Taleh Kazımovun dediyinə görə, manatın nominal effektiv məzənnəsi 2024-cü ilin I rübündə 2.7 faiz möhkəmlənib. O bildirib ki, bu ilin sonuna kimi manatın nominal effektiv məzənnəsi 13.1 faiz möhkəmlənəcək.
T.Kazımov həmçinin AMB-nin cari ildə neft və qaz qiymətlərinə dair proqnozunu da açıqlayıb. Quruma görə, 2024-cü ildə neftin bir barelinin orta qiyməti 85.7 ABŞ dolları, 2025-ci ildə isə 83.5 ABŞ dolları olacaq. Qazın qiyməti hər min kubmetr üçün 2024-cü ildə 281 dollar, 2025-ci ildə 299 dollar proqnozlaşdırılır.

Mərkəzi Bankda hesab edirlər ki, 2024-cü ilin yekununda Azərbaycan 3,5-4 faizlik iqtisadi artıma nail olacaq. Ötən ilin dekabrında qurum bu il üçün 3-3,5 faizlik artım prqnozlaşdırmışdı. AMB-nin qeyri-neft ÜDM-nin artım tempinə dair mövqeyi dəyişməyib: bu il 5,5 faiz artacağını gözləyir. 2025-ci ildə isə ÜDM-in 3 faiz, qeyri-neft ÜDM-in isə 5-6 faiz artımı proqnozlaşdırılıb.
Bundan əlavə, AMB 2024-cü ilin sonuna cari əməliyyatlar balansının 7 milyard ABŞ dolları təşkil edəcəyini gözləyir. T.Kazımovun dediyinə görə, 2025-ci ildə cari əməliyyatlar balansı 6.5 milyard ABŞ dolları ərtafında olacaq.
İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, AMB-nin qərarı düzgün və gözləniləndir: “O baxımdan ki, artıq Mərkəzi Bank tərəfindən izlənilən göstəricilər: inflyasiya, idxal inflyasiyası və sair arzuolunan istiqamətlidir. Bunlar imkan verir ki, Mərkəzi Bank sərt monetar siyasətdən tədricən yumşalmaya gedir. Sərt siyasət bir tərəfdən inflyasiyanı cilovlayırsa, digər tərəfdən də iqtisadi aktivliyin artmasının qarşısını alır. Təbii ki, uçot dərəcəsi hələ ki Azərbaycanda tam işlək alət deyil, daha çox banklararası bazarda faizlərə təsir edir. Lakin son bir ildə görülən işlər müəyyən qədər uçot dərəcəsinin təsirlərini artırıb”.
Ekspertə görə, inflyasiya Mərkəzi Bankın proqnozlaşdırdığından da az ola bilər: “Qlobal bazarlarda qiymət azalmaları buna zəmin yaradır. Digər tərəfdən, manatın məzənnəsinin sabit saxlanması da buna imkan verir. Lakin hazırda müşahidə olunan müsbət tendensiyaların xarici amillərin təsiri ilə dəyişməsi ehtimalını da istisna etmək olmaz”.
Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov hesab edir ki, uçot dərəcəsinin endirilməsi inflyasiya səviyyəsinin azalması və bu meyillərin hədəf diapazonu daxilində formalaşması, həmçinin makro-iqtisadi stabilliyin qorunması ilə bağlıdır: “2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsini azaldılması ilə bağlı qərarlar qəbul edib. İndi də Mərkəzi Bankın uçot dərəcəsini endirməsi gözlənilən idi. Çünki makroiqtisadi stabillik və istehlak bazarındakı mövcud qiymət səviyyəsi buna zəmin yaradır. Bununla yanaşı, baş bank hələlik faiz dəhlizi ilə bağlı konservativ siyasətini davam etdirir. Bu baxımdan da azalmalar mərhələli həyata keçirilir.
Mərkəzi Bankın son açıqlamasında sözügedən qərarın əsas səbəbi də məhz inflyasiya gözləntilərinin stabilləşməsi, profisitli tədiyə balansı və digər pul siyasəti alətləri ilə əlaqələndirilir.
Faiz dəhlizinin aşağı həddini dəyişdirilməməklə Mərkəzi Bank öz notlarının optimal gəlirliyini qoruyub saxlamağa çalışır. Bununla, baş bank qiymətli kağızlar bazarındakı mövqeyini gücləndirməyə və sektor iştirakçılarından daha çox vəsait cəlb etməyə çalışır. Öncə də qeyd etdiyimiz kimi, bu ondan xəbər verir ki, Mərkəz Bank öz notlarının son faiz dərəcələri üzrə kəskin azalmalara getməyi hədəfləmir".
Millət vəkili bildirir ki, hələlik uçot dərəcəsinin kredit faizlərinə ciddi təsiri yoxdur: “Əvvəlki açıqlamamızda qeyd etdiyimiz kimi, bu təsirlərin müşahidə olunması üçün hələ bir müddət lazımdır. Bu heç də Mərkəzi Bankın mövcud fəaliyyəti ilə bağlı deyil. Bununla yanaşı, Mərkəzi Bankın belə qərarlarını gəlirlik əyirisi ilə yanaşı, kredit və depozit bazarına da təsir göstərməsi olduqca vacibdir.
Digər tərəfdən, son aylar depozit faizlərində də artımlar müşahidə olunur. Artıq sistem əhəmiyyətli banklar illik manat depozitlərini 9.0 faizlə qəbul edilər. Bir müddət öncə orta hesabla 6.0 faiz təklif olunurdu. Depozit faizlərindəki artımlara Blumberq platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin sayı və eləcə də onların ortaçəkili faiz dərəcəsi də təsirsiz ötüşməyib. Belə ki, Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini öz notları vasitəsilə cəlb edə bilib və bu da banklarda əlavə vəsaitlərə tələb yaradıb. Amma bankların daha bahalı borclanmasının kredit faizlərini artıracağı istisna deyil. Bu baxımdan, uçot dərəcəsi daxil olmaqla, digər alətlər vasitəsilə kredit faizlərində optimallığın qorunması çox vacibdir"./“Yeni Müsavat”/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirib

    Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirib ...

    15-03-2019, 16:24

  • 
  • Mərkəzi Bank faiz qərarını açıqladı — SON DƏQİQƏ

    Mərkəzi Bank faiz qərarını açıqladı — SON DƏQİQƏ ...

    15-11-2017, 19:15

  • 
  • Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini bir qədər də azaldıb

    Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini bir qədər ...

    19-02-2020, 15:28

  • 
  • Baş bankirdən inflyasiya proqnozu

    Baş bankirdən inflyasiya proqnozu ...

    14-06-2018, 13:00

  • 
  • Elman Rüstəmov kreditlər üzrə faiz dərəcələrinin yuxarı həddinə məhdudiyyət qoydu

    Elman Rüstəmov kreditlər üzrə faiz dərəcələrinin ...

    28-07-2015, 19:40


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (115)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu