"Bank VTB Azərbaycan" ASC-nin rəhbərliyinə daha bir təyinat olub.
Səhmdarların qərarı ilə Sabasajya Anjelika İnnosentyevna Müşahidə Şurasının (MŞ) üzvü seçilib. Qeyd edək ki, mayın 16-da Qafarov İlham Qafar oğlu Bankın Müşahidə Şurasının (MŞ) müstəqil üzvü seçilmişdi. Bununla da, "Bank VTB Azərbaycan"ın MŞ-nin tərkibi beş nəfərdən ibarət olub. Qeyd edək ki, Bankın Müşahidə Şurasının sədri Bortnikov Denis Aleksandroviç, MŞ-nin digər üzvləri isə Tsaryov Serqey Vladimiroviç və Dyaçenko Andrey Nikolayeviçdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?