Zamin Hacılı Dilafət oğlu Bank of Baku-da İdarə Heyətinin üzvü (Risk və komplayens üzrə), Baş risk inzibatçısı vəzifəsinə təyin olunub.
Bu barədə Banker.az-a Bankdan bildirilir.
İş təcrübəsi: İş fəaliyyətinə 2003-cü ildə başlayıb. 2007-ci ildən etibarən isə Bank of Baku-da çalışıb. 2015-2018-ci illərdə Daxili audit departamentinin direktor müavini, 2018-ci ildən cari təyinata qədər isə Daxili audit departamentinin direktoru vəzifəsini yerinə yetirib. Zamin Hacılıya Bank of Baku-da yüksək vəzifə verildi
Təhsil:
1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Əlaqələr üzrə bakalavr təhsili alıb. Daha sonra 2003-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Əlaqələr üzrə magistr dərəcəsini əldə edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?