Azərbaycana bioloji aktiv qida məhsulları gətirən sahibkarlar ciddi problemlə üzləşiblər.
Sahibkarlar iddia edilər ki, ölkəyə gətirdikləri bioloji aktiv qida əlavələri səhiyyə nazirliyi tərəfindən təsdiqlənsə də, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) laboratoriyasında tam fərqli qərar verilib. Həmin bioloji aktiv qida məhsulları AQTA-nın laboratoriyasından müsbət rəy almayıb. Sahibkarlar bildiriblər ki, bu ilin may ayından bu günə qədər təxmini 600 adda bioloji fəallığa malik qida məhsulları fərqli ölkələrdən Azərbaycana idxal olunub. Əlavənin ölkədə satışını həyata keçirmək istəsələr də, bu, müsbət nəticələnməyib.
Sahibkarlar deyirlər ki, laboratoriyadakı yoxlanışlar zamanı çıxan neqativ cavab onlara maddi olaraq ciddi ziyan vurur.
Məsələ ilə bağlı AQTA-nın şöbə müdiri Mansur Piriyev deyib ki, qanunvericiliyin tələblərinə uyğun olmayan bioloji aktiv qida məhsullarının ölkəmizdə dövriyyəsinə icazə verilməyəcək.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, sözügedən mərkəzin səlahiyyətlərinə yalnız təqdim edilən bioloji fəallığa malik qida məhsulları nümunələrinin dərman vasitəsi olub-olmaması barədə rəy verilməsi daxildir. Bəs hazırda şikayətçi olan şirkətlərə müsbət rəy verilibmi? - sualına qurumdan bildiriblər ki, onların bunu açıqlamaq səlahiyyətləri yoxdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?