GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Elman Rüstəmova qarşı ittiham: 5 milyonluq dələduzluq sistemi – Mərkəzi Bankdan milyonlar belə çıxarılıb?

Elman Rüstəmova qarşı ittiham: 5 milyonluq dələduzluq sistemi – Mərkəzi Bankdan milyonlar belə çıxarılıb?

Tarix: 28-08-2024, 21:55 Bölmə :İqtisadiyyat Baxış: 350
Elman Rüstəmova qarşı ittiham: 5 milyonluq dələduzluq sistemi

Azərbaycan vətəndaşı olan sahibkar Nizami Kərimov Azərbaycan Mərkəzi Bankının sabiq sədri Elman Rüstəmovun adının hallandığı dələduzluq hadisəsi ilə üz-üzə qalıb. Bu məsələ həm də Azərbaycan Mərkəzi Bankından banklara verilən kreditlərlə bağlı maxinasiyaları ortaya çıxarıb.

Sahibkar Nizami Kərimovun başına açılan müsibətin kökü 2011-ci ilə gedib çıxır. Həmin il Nizami Kərimov, Elman Rüstəmovun qeyri-rəsmi sahibi olduğu “Aqana Servis” MTK-nın inşa etdiyi binadan qeyri-yaşayış sahəsi alıb. 2013-cü ildə aldığı sahənin təmirinə başlayıb. Uzun müddət təmir işləri aparılandan sonra, 2017-ci ildə həmin qeyri-yaşayış sahəsində restoran fəaliyyətə başlayıb. 1 il sonra, 2018-ci ildə Nizami Kərimovun restoranında “Premium bank”ın nümayəndəsi peyda olub. Bank nümayəndəsi Nizami Kərimova deyib ki, restoranın yerləşdiyi qeyri-yaşayış sahəsi 2013-cü ildə banka girov qoyulub, 2 milyon 500 min manat kredit götürülüb!

Nizami Kərimov burada bir anlaşılmazlığın olduğunu düşünərək 2011-ci ildə qeyri-yaşayış sahəsini alarkən bağladığı alqı-satqı müqaviləsini bank nümayəndəsinə göstərib. Bank nümayəndəsi isə deyib ki, alqı-satqı müqaviləsi onları maraqlandırmır, qeyri-yaşayış sahəsi bankda girovdadır!

Bundan sonra Nazami Kərimov vəkil tutur, məsələ məhkəmə müstəvisinə daşınır.

Məhkəmələrin gedişində iddia olunub ki, Nizami Kərimova qarşı baş verən bu hadisə Elman Rüstəmov Mərkəzi Bankın sədri olduğu dönəmdə, onun xeyir-duası ilə gerşəkləşib!
Üzə çıxıb ki, Nizami Kərimova məxsus qeyri-yaşayış sahəsi saxta sənədlərlə, Elman Rüstəmov baş bankir olduğu günlərdə girov qoyulmaqla 2 banka – “Premium bank” və “Deka bank”a ümumilikdə 5 milyon manat kredit verilib!
Bu “sxem”lə bankların hər birinə 2 milyon 500 min manat olmaqla Mərkəzi Bankdan kredit verilib.
Nizami Kərimovun vəkili Əkrəm Həsənov Musavat.com-a açıqlamasında iddia edib ki, Elman Rüstəmov onun müvəkkilinə məxsus qeyri-yaşayış sahəsini girov qoymaqla “Premium Bank” və “Deka-Bank” vasitəsilə faktiki olaraq Mərkəzi Bankdan 5 milyon manat məbləğində pul çıxarıb:
“Heç bir gəliri olmayan 2 şəxsin adına, ən başlıcası isə Nizami Kərimovdan xəbərsiz, onun sənədli-sübutlu əmlakını qanunsuz olaraq girov qoymaqla Mərkəzi Bankdan 5 milyon manat məbləğində pul çıxarıb. Yəni Mərkəzi Bank bir əmlakı girov götürməklə 2 bankın hərəsinə 2 milyon 500 min manat kredit verib, onlar da öz növbəsində 2 fiziki şəxsə həmin məbləğləri “istehlak” krediti kimi veriblər. Elman Rüstəmov Mərkəzi Bank rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra başda Mərkəzi Bank olmaqla 3 bank Nizami Kərimovun əmlakına göz dikiblər”.
Vəkil deyir ki, hazırda Yasamal Rayon Məhkəməsində iş üzrə məhkəmə çəkişməsi davam edir. Məhkəmədə “Premium Bank” və “Deka-Bank”dan kredit dosyeləri tələb olunsa da, banklar həmin dosyeni ortaya çıxarmırlar. Bu isə həqiqətin üzə çıxmasını əngəlləyir.
Əkrəm Həsənov bildirib ki, məhkəmədə “Premium Bank” və “Deka-Bank”dan kredit dosyelərinin təqdim edilməsi üçün vəsatətlə çıxış edib: “Hakimə vəsatət verirəm ki, dosyeni bankdan tələb etsin, təmin etmir. İndi əmlakı ondan xəbərsiz girov qoyulmuş və mənimsənilməsi təhlükəsi olan vətəndaş haqqını necə tələb etsin...”

Bu qalmaqallı məsələ bu ilin fevralında qalxanda Mərkəzi Bankın indiki rəhbərinin mövqeyi belə olmuşdu ki, “Premium Bank”ın gəliri az olan vətəndaşa 2 milyon 500 min manat məbləğində istehlak krediti verməsində problem görmür.

Əkrəm Həsənov isə bu çıxışla bağlı demişdi ki, əslində, orada bir yox, bir neçə böyük problem var: “Sadəcə məsələ Elman Rüstəmovun (iddia var ki, həmin pulu elə o mənimsəyib) dövrünə təsadüf etdiyi üçün yəqin ki, Taleh Kazımovda məsələ ilə bağlı tam məlumat yoxdur (məsələn, deyir ki, həmin kredit 2018-ci ildə verib, halbuki 2013-cü ildə verilib və s.). Odur ki, məsələ ilə bağlı mənə hələlik məlum olanı bəyan edirəm. Deməli, 2010-cu ildə Nizami Kərimov tikilən binada “Aqana Servis” şirkətindən qeyri-yaşayış sahəsi alıb. Şirkətin sahibi Azad Nağıyev həmin sahəni qanunsuz olaraq qohumunun adına rəsmiləşdirib girov qoyaraq 2013-cü ildə “Premum Bank” vasitəsilə faktiki olaraq Mərkəzi Bankdan 2 milyon 500 min manat məbləğində kredit götürüb. Əslində, iddia edir ki, krediti o yox, tikintidə şəriki olan Elman Rüstəmov (o cümlədən Rəşad adlı xalası oğlu) götürüb, yəni mənimsəyib. Hər bir halda ortada olan odur ki, “Premum Bank” Mərkəzi Bankdan 5,25%-lə 2 milyon 500 min manat kredit götürüb və dərhal da onu 6,25%-lə normal rəsmi gəliri olmayan Azad Nağıyevə verib (Kərimova məxsus restoranı qanunsuz girov qoymaqla). Kreditin təyinatı kimi “maliyyə ehtiyaclarının qarışılanması” göstərilib. Yəni əslində, kreditin heç bir təyinatı olmayıb, çünki göstərilən “təyinat” amorfdur. Kredit müddəti ərzində də Azad Nağıyev yalnız faizləri ödəməli, əsas borcu isə sonda verməli imiş. Bir müddət faizlər ödənilib, sonra dayandırılıb və kreditin qaytarılmasını tələb etmək əvəzinə Mərkəzi Bank faiz dərəcəsini 3,7%-ə, “Premum Bank” isə 4,7%-ə endirərək müddəti uzadıblar. Lakin sonradan restoranın mülkiyyətçisi Kərimov məsələdən hali olub və məhkəməyə müraciət edərək əmlakı qanunsuz mənimsəmiş şəxsin adından çıxartdırıb. Bununla belə, “Premum Bank”-ın və Mərkəzi Bankın həmin əmlaka girov (ipoteka) hüququ hələ də ləğv olunmayıb. Onlar deyir ki, guya vicdanlıdırlar və əmlakın Kərimova məxsus olmasını bilmirdilər. Hazırda bununla bağlı Yasamal rayon məhkəməsində proses gedir: “Premum Bank” və Mərkəzi Bank qanunsuz verdikləri kreditin müqabilində Kərimovun əmlakını əlindən almaq istəyirlər. Yeri gəlmişkən, Elman Rüstəmov da Mərkəzi Bankın sədri olduğu son dövrdə şəriki Nağıyevin azadlıqdan məhrum olunmasına nail olub. İndi də hər şeyi Nağıyevin üstünə atırlar. Nağıyev isə məhkəmədə iştirak imkanından belə məhrumdur”.
Əkrəm Həsənov deyir ki, ortada qanunsuz olaraq kredit verilməsi cinayəti var:
“Kredit veriləndə Mərkəzi Bankın təsdiqlədiyi “Banklarda kreditlərin verilməsi Qaydaları” qüvvədə idi. Həmin Qaydaların 3-cü bəndinə əsasən “Premum Bank” kreditin məqsədi və ödənişlərin mənbəyini müəyyən etməli, 4.1.8-ci bəndə görə Nağıyev gəlirlərini təsdiqləyən sənəd təqdim etməli, bank da müştərini daim monitorinq etməli idi. Bütün bunlar üzrə sənədlər də bankın tərtib etməli olduğu kredit dosyesində saxlanılmalı idi. Məhkəmə prosesi əsnasında bank qəti olaraq kredit dosyesini təqdim etməkdən imtina edir. Qaydaların 4.1.7-ci bəndində deyilir: “Təminatın dəyəri bankı kredit əməliyyatı üzrə dəyən zərərdən qorumaq üçün kifayət etməli, eyni zamanda kreditlərin qaytarılması üçün yeganə və əsas mənbə olmamalıdır. Kreditin qaytarılması üçün əsas borcalanın sağlam maliyyə vəziyyəti və fəaliyyəti dövründə əldə etdiyi pul vəsaiti olmalıdır”, –deyə, vəkil bildirib./Musavat.com


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elman Rüstəmovun qızı ilə Əhmədzadənin oğluna məxsus Londondakı şirkətin 12,5 milyonluq borcu… - FOTOFAKT

    Elman Rüstəmovun qızı ilə Əhmədzadənin oğluna ...

    1-04-2021, 11:39

  • 
  • Yevlax İH-də təcili toplantı– Əlil özünü niyə yandırdı?

    Yevlax İH-də təcili toplantı– Əlil özünü niyə ...

    27-01-2014, 16:43

  • 
  • Elman Rüstəmov haqqında İLGİNC İDDİA - Mənzil kolleksiyası var imiş...

    Elman Rüstəmov haqqında İLGİNC İDDİA - Mənzil ...

    4-05-2021, 09:55

  • 
  • Elman Rüstəmovdan nəvəsinə eksklüziv hədiyyə

    Elman Rüstəmovdan nəvəsinə eksklüziv hədiyyə ...

    4-01-2013, 15:16

  • 
  • Elman Rüstəmov dünya mərkəzi bank sədrləri arasında ikincilərdən olub - Reytinq

    Elman Rüstəmov dünya mərkəzi bank sədrləri ...

    14-08-2019, 11:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (370)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu