“Veysəloğlu” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.
Aydın Talıbovun rəhbərlik etdiyi şirkət bu dəfə başqa maddə ilə cərimələndi
“Veysəloğlu” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.
Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.
Qeyd edək ki, 2006-cı ildə dövlət qeydiyyatına alınan “Veysəloğlu” MMC-nin nizamnamə kapitalı 8 826 172 manat, qanuni təmsilçisi isə Bəxtiyar Adil oğlu Allahverdidir. 53 yaşlı B.Allahverdi hazırda Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədr müavini və “Araz” supermarketlər şəbəkəsinin səhmdarlarından biri və “Veysəloğlu Distribusiya” şirkətinin idarə heyətinin sədridir
Mətbuatda “Veysəloğlu” şirkətinin və ona məxsus olan ARAZ, OBA və SPAR supermarketərinin sahibinin Aydın Veysəl oğlu Talıbov olduğu bildirilir. Şirkət A.Talıbovun atasının adına uyğun olaraq “Veysəloğlu” adlandırılıb.
Xatırladaq ki, Veysəloğlu” MMC ötən həftə İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsinə əsasən cərimələnib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?