GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı?

Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı?

Tarix: 28-10-2024, 09:43 Bölmə :İqtisadiyyat Baxış: 339

bitmap-img6


Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0,5 milyon manat zərərlə başa vurub.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 76,6 % çoxdur. 
9 ay ərzində kredit ittifaqlarının gəlirləri 1,6 milyon manat (illik müqayisədə 5,9 % az), xərcləri 1 milyon manat (eyni qalıb), xüsusi ehtiyatlara ayırmaları 1,2 milyon manat (20 % çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 0,1 milyon manat (1 il bundan əvvəl olmayıb) təşkil edib.
Bu il oktyabrın 1-nə kredit ittifaqlarının aktivləri 12,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,3 % azdır. 
Bunun 10,9 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir.
Son 1 ildə sektorun kredit portfeli 6,8 % kiçilib.
Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 8,3 % azalaraq 3,3 milyon manata, balans kapitalı isə 6,9 % azalaraq 9,4 milyon manata düşüb.
Qeyd edək ki, bu gün vətəndaşlar müxtəlif qurumlara müraciət etməklə kredit əldə etməyə çalışır. Onlardan biri də kredit ittifaqlarıdır ki, burada 35-40 faizlə kredit verirlər.
Bu qədər yüksək faizlə kredit verən qurum niyə zərərlə işləyir və belə olduğu halda artıq əhali onlara etibar edəcəkmi?
İqtisadçı-ekspert Əkrəm Həsənov "Cebheinfo.az"a bildirib ki, burada əsas məqsəd dövlət büdcəsinə ödənməli olan böyük məbləğdə vergidən yayınmaqdır:
"Kredit ittifaqları bank olmayan kredit təşkilatının (BOKT) bir növüdür. Yəni öz üzvlərinə kredit verir. Kredit ittifaqları kənar şəxslərə xidmət göstərmir. Məsələn, 10-40 nəfər toplaşırlar, guya ki, kredit ittifaqı təsis ediblər və yalnız öz üzvlərinə kredit verirlər.
Məsələn, mən müraciət edirəm ki, "mənə kredit ver". O məni guya ki, üzv qəbul edir və mənə kredit verir. Kreditin də pulunu haradan götürürlər? Burada, öz üzvlərinin pulu olmalıdır, reallıqda gedib bankdan kredit götürüb, adını da qoyurlar ki, guya bu, kredit verir. Kreditin faizi də yüksəkdir. Ancaq bir qayda olaraq o kreditlər qayıtmır. Onu "ümidsiz kredit” kimi silirlər. Əslində kredit ittifaqının rəhbərliyi "şapka" alır, yəni onu cibinə qoyur. 
Axırda da göstərirlər ki, mənfəətimiz yoxdur. Mənfəət olmayanda da vergi olmur. Kredit ittifaqı dövlət büdcəsinə 20 faiz vergi verməlidir. Ancaq vergi vermək də istəmir. Zərərlə işlədiyini elan edərək böyük məbləğdə vergidən yayınır. Bu baxımdan, Azərbaycanda real kredit ittifaqları yoxdur. Öz üzvlərinin pulu ilə kredit verən ittifaq Azərbaycanda yoxdur.
Məsələn, xaricdə, İngiltərədə real kredit ittifaqları var. Hazırkı fəaliyyətinə görə, Azərbaycanda kredit ittifaqlarının fəaliyyətinə ehtiyac da yoxdur. Bu sadəcə sui-istifadə mexanizmlərindən biri kimi qalıb. Bank sistemi, cəmiyyət üçün elə bir rolu yoxdur. Mərkəzi Bank da onların fəaliyyətini ciddi tənzimləmir. Ona görə də Azərbaycanda kredit ittifaqları özünü tam doğrultmayıblar və bu baxımdan onlara heç ehtiyac da yoxdur. Elə ləğv etsələr bundan daha yaxşı olar". 
Ekspertin sözlərinə görə, bu gün vətəndaş gedib kredit ittifaqına pul üçün müraciət etsə, onu təmənnasız verməyəcək, "şapka" istəyəcək:
"Ola bilsin ki, girov ya götürsün, ya da götürməsin. Adi vətəndaş onsuzda gedib oradan kredit götürə bilmir. Əlində güclü girovu olan vətəndaş istisna ola bilər.
Ancaq onu formal olaraq onu üzv yazırlar. "Bəxtiyar" filmindəki fraqmentə bənzəyir. Yəni klubun üzvləri "oxumalı" olsalar da kənardan gətirirlər. Kredit İttifaqı da buna bənzəyir.
Ona görə də vətəndaşların çoxu kredit ittifaqından kredit almır. Ən yaxşı variant bankdır. Bankların faizi ən aşağıdır. Kredit ittifaqına vətəndaş qızıl girov verməklə müraciət etsə verəcək, ancaq lombard kimi verəcək".

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İpoteka və Kredit Zəmanət Fondu bu ilin ilk 9 ayını 18 mln. manata yaxın mənfəətlə başa vurub

    İpoteka və Kredit Zəmanət Fondu bu ilin ilk 9 ...

    1-11-2018, 10:46

  • 
  • "Muğanbank" böhran nöqtəsinə qədəm qoyur... - BAĞLANA BİLƏR...

    "Muğanbank" böhran nöqtəsinə qədəm ...

    12-10-2020, 12:21

  • 
  • "Şahdağ Turizm Mərkəzi"nin yığılmış zərəri 65 milyon manatı keçib

    "Şahdağ Turizm Mərkəzi"nin yığılmış ...

    16-01-2021, 10:23

  • 
  • Ramiz Mehdiyevin bankı zərərdən qurtula bilmir

    Ramiz Mehdiyevin bankı zərərdən qurtula bilmir ...

    30-07-2020, 11:49

  • 
  • Şirkətlər «Bank Avrasiya»dakı pullarını GERİ ÇƏKİRLƏR - BANK KİÇİLİR

    Şirkətlər «Bank Avrasiya»dakı pullarını GERİ ...

    13-10-2023, 15:33


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (188)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu