Gundemxeber.az » İqtisadiyyat » Gürcüstan banklarının səhmləri sürətlə dəyərsizləşir
Gürcüstanda hakim “Gürcü arzusu” partiyasının qalib elan olunduğu parlament seçkilərinin nəticələri ilə bağlı xəbərdən sonra səhmləri London Fond Birjasında (LSE) ticarət edilən iki iri gürcü bankının səhmlərinin qiymətləri kəskin ucuzlaşıb.
GUNDEMXEBER.AZ birjanın məlumatına istinadən xəbər verir ki, Bank of Georgia Group-un səhmləri 6,8 faiz, TBC Bank Group-un səhmləri 13,2 faiz ucuzlaşıb.
Hər iki bankın səhmləri iyunun ortalarında tarixi minimuma azalıb: “Bank of Georgia Group”un səhmləri 36,4 funtsterlinq, TBC Bank Group – hər səhm üçün 23,5 funt sterlinq səviyyəsinə düşüb. Bundan sonra avqustun sonuna qədər bərpa dövrü müşahidə edildi - Bank of Georgia Group-un səhmləri 46,1 funtsterlinqə, TBC Bank Group-un səhmləri 31,5 funtsterlinqə yüksəldi.
Xatırladaq ki, Gürcüstan banklarının LFB-dəki səhmləri mayın əvvəlindən iyunun ortalarına qədər olan dövrdə öz dəyərinin təxminən üçdə birini itirib, onların kapitallaşması isə mənfi reaksiya fonunda ümumilikdə 1 milyard dollardan çox azalıb. Səhmlər daha sonra itirilmiş dəyərin yarısından çoxunu geri qaytarıb. Avqustun sonundan bankların səhmləri yenidən ucuzlaşmağa başlayıb.
GUNDEMXEBER.AZ
30-08-2018, 20:01
10-12-2017, 14:10
1-06-2021, 14:19
4-12-2014, 23:11
5-10-2018, 14:04
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?