Gundemxeber.az » İqtisadiyyat » Gümüşün qiyməti 2012-ci ildən bəri ilk dəfə ən yüksək həddə çatıb
"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin iyul ayında tədarük üçün nəzərdə tutulan gümüş füçerslərinin qiyməti 29 fevral 2012-ci ildən bəri ilk dəfə 36 dolları ötüb.
Gundemxeber.az xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.
Bakı vaxtı ilə saat 14:57-yə olan məlumata görə, qiymətli metalın qiyməti 1 Trua unsiyası üçün 36.055 dollar (+3.98%) təşkil edib. Bakı vaxtı ilə saat 15:18-də gümüşün qiyməti artımını sürətləndirərək 36.15 dollar (+4.25%) səviyyəsində olub.
Eyni zamanda, 2025-ci ilin avqustunda tədarük üzrə qızılın füçersinin qiyməti 0.98% artaraq 1 Trua unsiyası üçün 3 426.8 dollar təşkil edib.
23-05-2025, 23:21
12-11-2015, 12:48
4-11-2015, 11:06
3-10-2014, 12:20
10-05-2015, 14:32
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?