GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Mərkəzi Univermaq və “Moskva Ticarət Mərkəzi”nin “qızıl” fırıldağı – ARAŞDIRMA

Mərkəzi Univermaq və “Moskva Ticarət Mərkəzi”nin “qızıl” fırıldağı – ARAŞDIRMA

Tarix: Bu gün, 12:10 Bölmə :İqtisadiyyat Baxış: 41

Mərkəzi Univermaq və “Moskva Ticarət Mərkəzi”nin “qızıl” fırıldağı – ARAŞDIRMA
2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana 3 milyard 157.6 milyon ABŞ dolları dəyərində 32 min 919.1 kiloqram qızıl idxal edilib. Hesablamalara görə, ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 95 min 920.2 ABŞ dolları təşkil edib. Ölkəyə qızıl əsasən Rusiya, Böyük Britaniya, Avstraliya, ABŞ, Cənubi Afrika, Qazaxıstandan gətirilib.

Qızıl bütün dünyada yatırım vasitəsi hesab edilir. Azərbaycanda isə bu əksinədir. Qızıla investisiya edib sonradan onu valyutaya çevirmək o qədər də sərfəli olmur. Mağazalar vətədaşlardan qızılı bazar dəyərindən qat-qat ucuz – “lom” (qırıntı) kimi qəbul edirlər. Bu zaman dizayn, fərdilik, məşhur brendin (“Cartier”, “Tiffany”, “Bulgari”, “Dammiani”, “Van Cleef & Arpels”, “Chopard”) istehsalı kimi faktorlar nəzərə alınmır. Nəzərə alsaq ki, normalda “lom” (qırıntı) kimi dəbdən düşmüş, artıq istifadə olunmayan, qüsurlu zinət əşyalarının qəbulu nəzərdə tutulmalıdır.

Araşdırmalarımıza əsasən, bazarda 999 əyar qızılın qramı 182 manat təşkil edir. Lakin Mərkəzi Univermaq (MUM), “Moskva Ticarət Mərkəzi” kimi zinət əşyalarının geniş çeşiddə satıldığı yerlərdə eyni əyar qızıl vətəndaşlardan “lom” kimi 140 manatdan qəbul edilir. İtalyan qızılının qramı 137 manat, alışı 100 manat, türk qızılının qramı 107, rus qızılının isə 106 manat, alışları 80 manat təşkil edir.

“Moskva Ticarət Mərkəzi”ndə qızıl alışı və satışı ilə məşğul olan satıcı bildirdi ki, qızılın plombu açılmayıbsa, dəyərindən 1-2 faiz ucuz qiymətlə satmaq mümkündür. Əks halda, qızıl zinət əşyası kimi yox, “lom” (qırıntı) kimi alınır. Yəni çəki nədirsə, alıcı satıcıya onun pulunu ödəyir.

O da məlum oldu ki, Ticarət Mərkəzində qızılın dəyəri dünya bazarındakı gündəlik qiymətlər əsasında müəyyənləşir. Əgər dünya bazarında qiymətlər düşərsə, daxili bazarda da vəziyyət dəyişir. Buna uyğun da “lom”un dəyəri biçilir.

Məsələnin başqa tərəfi vətəndaşlardan “lom” kimi qəbul edilən zinət əşyalarının cilalanaraq yeni məhsul kimi baha qiymətə satışa çıxarılmasıdır. Məlumatlara əsasən, son illər zinət əşyalarının ölkəyə qaçaqmal yolu ilə gətirilməsinə qarşı tədbirlər artırıldığından bazarda yeni mal azalıb. Mərkəzi Univermaq, “Moskva Ticarət Mərkəzi”ndə vitirinləri bəzəyən zinət əşyalarının əksəriyyəti vətəndaşlardan bir zamanlar qırıntı kimi qəbul edilən mallardır.
Gundemxeber.Az bildirir  ki, mövzu ilə bağlı Teleqraf-a danışan Azərbaycan Zərgərlər Assosiasiyasının idarə heyətinin sədri Toğrul Abbasquliyev qeyd etdi ki, qüsuru olmayan qızılların “lom” kimi qəbul edilərək sonradan baha satılması hər bir satış nöqtəsinin öz siyasəti ilə əlaqəlidir:

“Bunu biz ümumi olaraq təbii ki, tənzimləyə bilmərik. Bu bazar iqtisadiyyatıdır. Elə satış nöqtələri var ki, qızılı hazır zərgərlik məmulatı kimi alır, eləsi də var ki, işçilik, dizayn nəzərə almadan sadəcə tərkibində olan qızılın çəkisinə görə alış təklif edir”.

O bildirdi ki, bazar iştirakçıları qızılı müəyyən bir qiymətə alıb, üzərinə öz marjalarını qoyub satırlar:

Bu normal sahibkarlıq fəaliyyətidir. Qızılı hazır zərgərlik məmulatı kimi alan alıcı onu daha baha qiymətə satmaq məcburiyyətindədir. Bu gün xam qızılın qiyməti qalxır. İstehlakçı qızılını “lom” kimi satsa da, mənfəət əldə edə bilir”.

Toğrul Abbasquliyev zaman keçdikcə dizaynların dəyişməsi və kolleksiyaların yenilənməsinə də diqqət çəkdi:

“10-20 il qabaq dəbdə olan modellər indi də eyni qiymətlə satıla bilməz. Təbii ki, biz məşhur brendləri nəzərdə tutmuruq. O modellər illər keçdikcə daha da qiymətlənir. Mən “Cartier”, “Chobard”, “Roberto Coin”, “Bulgari”, “Tiffany” kimi dünyaca məşhur brendləri nəzərdə tuturam. Yox, əgər biz “no-name”, yəni brend olmayan məhsullardan danışırıqsa, onlar köhnəlir və təbii ki, hazır zərgərlik məmulatı kimi onu heç kim almır. Hansı müştəri 20 il bundan qabaq dəbdə olan modeli alar? Burada çoxlu nüans var”.

5 il əvvəl Maliyyə Nazirliyi yanında Dövlət Təhlil İdarəsi bu bazarı qismən tənzimləyirdi. İndi tam nəzarətsizlik var. Zərgərlik sənayesində dəyər zəncirinin keyfiyyətinə nəzarət yoxdur, ona görə də ikinci əl zinət əşyaları rəflərdə yeni mal adı ilə satışa çıxarılır. İstehlakçı isə aldandığını öyrənəndə bununla bağlı heç nə edə bilmir.

Hökumətin 114 saylı qərarı ilə qızıl əşyalar geri qaytarılması mümkün olmayan mallar siyahısına daxil edilib. Bu o deməkdir ki, alınan zinət əşyasının yarım saat sonra belə geri qaytarılması mümkün deyil.

Zərgərlik mağazalarında ən məkrli saxtakarlıq sxemlərindən digəri də təbii qiymətli daşların sintetik daşlarla əvəzlənməsidir. Bu təcrübə almaz, yaqut, sapfir və zümrüd satarkən xüsusilə yayğındır. Laboratoriyada yaradılmış sintetik daşlar təbii daşlardan seçilmir. Mərkəzi Univermaq, “Moskva Ticarət Mərkəzi”ndə vətəndaşlardan “lom” kimi qəbul edilən “Cartier”, “Tiffany”, “Bulgari”, “Dammiani”, “Chopard” kimi məşhur brendlərin məhsulları cilalandığı zaman zədələnmiş daşlar sintetik daşlarla dəyişdirilir.


Gundemxeber.Az 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Soçi Olimpiadasının pul çempionu - Azərbaycan...

    Soçi Olimpiadasının pul çempionu - Azərbaycan... ...

    4-02-2014, 21:19

  • 
  • Bakıda 70 min manat dəyərində qızıl-zinət əşyaları oğurlandı

    Bakıda 70 min manat dəyərində qızıl-zinət ...

    11-06-2013, 12:34

  • 
  • Qızılı olanlara şad xəbər - Qiymət rekord vurdu

    Qızılı olanlara şad xəbər - Qiymət rekord vurdu ...

    13-03-2025, 23:47

  • 
  • Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı illərdə olduğu kimi yenidən qiymətli metal toplayır

    Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı ...

    12-06-2025, 19:20

  • 
  • Qızılın qiyməti DURMADAN ARTIR - Satıcılar və ekspertlər nə deyir?

    Qızılın qiyməti DURMADAN ARTIR - Satıcılar və ...

    17-06-2025, 18:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (312)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu