Şirkət taksilərin təkərini kiçildir, dövriyyə artır və qiymət qalxır
«Gündəm xəbər» qəzetinin redaksiyasına maraqlı bir məlumat daxil olub. Oxucularımız yazır ki, Bakıda fəaliyyət göstərən bəzi «London taksi»lərinin sürücüləri özbaşınalıq edirlər. Məlumata əsasən, taksi sürücələri idarə etdikləri atvomobillərin təkərlərini dəyişirlər. Dəyişən təkərlər isə kiçik diametrliləri ilə əvəzlənir. İri diametrlilərin dəyişilməsi nəticəsində isə «London taksi»lərinə quraşdırılan sayğaclar daha çox dövriyyə qeydə alır və sərnişinlər üçün baha ödəniş hesablanır. Bu faktı aşkarlayan vətəndaşlar iddia edirlər ki, faktla bağlı Nəqliyyat Nazirliyinə müraciət etsələr də, hələ də Bakıda fəaliyyət göstərən bəzi «London taksi»lərinin kiçik diametrli təkərlərdən istifadə etdiyi müşahidə olunmaqdadır. Hər halda vətəndaşlar xidmətindən istifadə etmək istədikləri taksilərin təkərlərinə də diqqət etmək məcburiyyətində qalırlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?