GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Bakıdan cəbhəyə ağır döyüş texnikası daşınır

Bakıdan cəbhəyə ağır döyüş texnikası daşınır

Tarix: 31-01-2014, 10:45 Bölmə :Manşet Baxış: 1 027
Bakıdan cəbhəyə ağır döyüş texnikası daşınır

“Yeni Müsavat”ın reportyor qrupu erməni tutulan kənddən yazır; Tovuzun Əlibəyli və Hacallı kəndləri gülləbaran altındadır, kəndlilər isə ermənini hərbçilərin yox, özlərinin tutduğunu deyirlər.


Əlibəylinin keçmiş döyüşçüləri: “Biz döyüşməyə hazırıq”


Yolda Yevlax-Gəncə istiqamətində ağır hərbi texnikaların daşındığını gördük. Tovuz şəhərinin özündə isə çayxanalarda və digər ictimai yerlərdə ermənilərin azğınlaşması ən çox danışılan söhbətdir. Camaat danışır ki, gecələr kəndlər atəş altında olur. Məlumat üçün deyək ki, Ermənistanın 5 kəndi Əlibəyli kəndi ilə üzbəüz yerləşir.

Hacallıdakı orta məktəbin müəllimi Hidayət Qasımov axşam saatlarında daha çox atışma olduğunu bildirir: “Günorta vaxtı da arabir atırlar. Ancaq biz öz mövqeyimizdə dayanmışıq, çəkinmirik. İşimizlə, təsərrüfatımızla məşğuluq. Uşaqları təhlükədən qorumaq üçün müəyyən yerlərdə saxlayırıq. Dərs saatlarında atışma olmayıb hələ”.

Kənd sakini Ceyran Hümbətova deyir ki, gecə vaxtı ermənilərin kəndi atəşə tutması nəticəsində onun evinə də xeyli güllə dəyib. Həmin güllələrdən biri az qala oğluna dəyəcəkmiş:

“Bax, bu güllələrə, saxlamışam. Ona bir şey olsaydı necə yaşayardım? Evdə uzanmışdım, oğlan da çörək yeyirdi. Birdən gurum-gup qəfil ev toz-dumana büründü. Uşaq ağzı üstündə yerə düşdü. Heç bilmədik necə oldu, nə baş verdi. Duman çəkiləndən sonra baxdım ki, güllə evin içinə girib, uşağın lap yanından keçib. Hər gün atırlar. Axşam vaxtı onların postundan harada işıq göründüsə o istiqamətə vururlar”.

Hacallı sakini Samirə Nəbiyeva deyir ki, uşaqlar həyətdə gəzən vaxt güllə atılıb: “Biri darvazaya, biri də daşa dəydi. Ondan qabaq da atdıqları evimizin damını deşdi, keçib evin pəncərəsinə dəydi. Haradasa 5 güllə evə dəyib. Belə təhlükəli, səksəkə içində yaşayırıq. Bilmirsən nə vaxt atacaq, hardan atacaq... Allah eləməmiş, güllə həyətdə uşaqlara dəyə bilərdi”.

***


Əlibəylidə olarkən yerli sakinlərdən biri dedi ki, hərbi kəşfiyyat dəstəsinə bələdçilik edən ermənini iki yerli sakin tutub. Onun sözlərinə görə, erməni kəndin tən ortasına qədər irəliləyə bilib və postda heç kim bundan xəbər tutmayıb:

“Mən bilmirəm bizimkilər hara baxırdı? Bəlkə onun əlində silah olaydı və gəlib kənddə qarşısına çıxanı güllələyəydi? Birinci dəfədir ki, Əlibəyliyə erməni ayağı dəyir. Silahı olsa uşaq, qoca - kimi görsə vura bilərdi”.

Kənd sakini erməninin ələ keçməsi barədə bunları deyir: “Saat təxminən günorta 4 olardı. Mən də maşın düzəldirdim. Eşitdim ki, kənddə erməni tutublar. Düzdür, mən gedib çatana kimi hərbçilər götürüb onu aparmışdılar. Amma bəzi kanallar yalan xəbər verir ki, ermənini hərbçilər tutub. Onu əlibəylililər tutublar.

Yaxınlaşıblar ona ki, sən kimsən? Bu da nə rusca, nə bizim dili başa düşür. Elə erməni dilində nəsə dilinin altında mırıldanırmış. Sadəcə, adam heyrətə gəlir ki, 1400 manat maaş alan komandirlər var. Bunlar nə işlə məşğuldurlar? Xəbərləri yoxdur ki, erməni postu keçib gəlib kəndin ortasına. Biz də postda olanlara etibar edib, axşam evimizdə yatırıq".

Digər kənd sakini deyir ki, erməni içkili deyildi: “Ondan spirt iyi gəlmirdi, ayıq idi. Yarası vardı, qolundan yapışmağa qoymurdu. Çayın içindən keçib gəlib. Yaxşı, bu adam gecə keçib gəlsəydi kəndə, əlində avtomat olsaydı, nə olacaqdı?

İstədiyi evin qapısını döyüb, darvazanı açanın alnından vurub gedəcəkdi. Biz çox narahatıq ki, postlarımızda vəziyyət hansı səviyyədədir. Axı biz onlara arxayın olub yaşayırıq. Əgər qoruya bilmirlərsə, biz öz kəndimizi qorumağa hazırıq".

***


Əlibəylililər danışırlar ki, erməni tutulandan sonra qərargah rəisi ilə söhbət ediblər. Qərargah rəisindən izahat tələb ediblər ki, erməni kəndə girəndə əsgərlər harada olub, post niyə yoxdur?

O isə cavabında deyir ki, sizin kəndinizdir, gedin qoruyun: Biz qorumağa, döyüşməyə hazırıq. Bu kəndi biz döyüşüb saxlamışıq. Dedik ki, biz kəndi qoruyanda sən haradaydın? Əlibəylidə heç vaxt belə hadisə olmayıb. Müharibənin ən qızğın vaxtında belə erməni kəndə girə bilməyib. Özümüz gedib erməni tutub gətirmişik, onlardakı əsirlərimizlə dəyişmişik".

Kənd camaatı ehtimal edir ki, erməninin qolundakı güllə yarası elə ermənilər tərəfindən vurulub, Əlibəyliyə göndərilib: “Kimin pulu yoxdursa, onu postda qoyurlar. Çənlibelə diqqət ayrılsın. Əgər oranı alsalar Əlibəylini və Tovuzu işğal edə bilərlər. Təsəvvür edin ki, ay yarım içində ermənilər 8 post yaradıblar. Biz döyüşən vaxtlarda düşmənin üç metrliyində səngər qazmışdıq.

İndiki səngərlər pis gündədir, mədə nahiyəsindən adam görünür. Hər gün ermənilər atırlar. Bizdən isə bir-iki zabit güllə atır. Əsgərə atmağa icazə vermirlər, atışma oldusa əsgər içəridə olmalıdır. Qoruyurlar qorusunlar, qorumurlarsa bizə silah verilsin, kəndi qoruyaq”.

***

Əlibəylinin keçmiş döyüşçüləri bizimlə son vəziyyəti şərh etdilər. Onların sözlərinə görə, faktiki kənd qorunmur. Sosial vəziyyətdən söz açan keçmiş döyüşçülər deyirlər ki, Qazağın erməni ilə sərhəd 6 kəndinə 10 manat çörək pulu, 100 kub qaz, 150 kilovat işıq pulsuz verilir: “Amma Əlibəylidə imtiyazlar yoxdur. Bu dəqiqə 28 döyüşçü veteranlıq sənədini ala bilmir. Biz indi elə haldayıq ki, siqaret ala bilmirik. Prezidentə məktub yazmışıq, heç olmasa 100 manatlıq işlə bizi təmin etməsini xahiş etmişik.

Qazaxla Ağstafanın erməni ilə sərhəd kəndlərində bu imtiyazlar var. Bizə niyə verilmir? Dövlət sərhəd kəndi kimi bizə kömək etməlidir. Gədəbəyin Başkəndini ermənidən biz almışıq, Qazaxa gedib kömək etmişik. Ancaq Əlibəyliyə kömək yoxdur".

Keçmiş döyüşçülərin sözlərinə görə, Naxçıvanda hərbçilər şəhərdə maşın sürə bilməz: “Tovuzda isə yeni gələn zabitlər xarici maşında şəhərdə görünürlər”.

Qəribəsi odur ki, erməni ilə sərhəd kənddə tibb məntəqəsi yoxdur. İki il əvvəl xəstəxananı ləğv ediblər. Bir doğum evi var. Sakinlər deyirlər ki, sonuncu dəfə mülki yaralı olub, onu Tovuz mərkəzi xəstəxanasına güclə çatdırıblar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tovuzun Əlibəyli kəndində ermənilərin gülləsinə tuş gələn dinc sakin Fərid Məmmədovdan son xəbər

    Tovuzun Əlibəyli kəndində ermənilərin gülləsinə ...

    26-07-2014, 20:02

  • 
  • Tovuzda baş vermiş atışmada hərbçimiz yaralandı

    Tovuzda baş vermiş atışmada hərbçimiz yaralandı ...

    28-03-2014, 09:14

  • 
  • Tovuzda tutulan 77 yaşlı “diversant” erməni kəmağıl çıxdı (Yenilənib 3)

    Tovuzda tutulan 77 yaşlı “diversant” erməni ...

    28-01-2014, 21:40

  • 
  • Qazaxda atışma başladı

    Qazaxda atışma başladı ...

    8-08-2014, 03:15

  • 
  • Ermənilər hücum etdi, yaralılar var

    Ermənilər hücum etdi, yaralılar var ...

    3-09-2015, 20:12


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu