GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Eldar Əzizovun qaziyə görə başı dərddə...

Eldar Əzizovun qaziyə görə başı dərddə...

Tarix: 19-02-2014, 23:23 Bölmə :Manşet Baxış: 932
Eldar Əzizovun qaziyə görə başı dərddə...
Prezidentin icra başçıları ilə görüşündən bir neçə gün sonra Qarabağ qazisinin özünü yandırma cəhdi Sumqayıt merinə baha başa gələ bilər; şəhərdə aksiya gözlənilir

Sumqayıtda icra başçısı Eldar Əzizova qarşı aksiyalar gözlənilir. Şəhərdə yaşayan I qrup Qarabağ əlili Malik Məcidovun özünü yandırmaq cəhdinə polisin sərxoş damğası vurması əhalini qəzəbləndirib. Bu məqsədlə E.Əzizova və polisə etiraz olunacaq.
Bu haqda “Gündəm-xəbər”ə verilən məlumata görə, aksiyada Qarabağ qaziləri, veteranları da iştirak edəcəklər. Onlar Sumqayıt polisinin iftira və böhtanına cavab verəcəklər. Qarabağ əlilinin sərxoş kimi təqdim olunub təhqir edilməsi böyük hiddət yaradıb.
Qazilər deyirlər ki, sosial haqsızlığa görə özünü yandıranlara hökumətin yardım etməyi əvəzinə, onlara psix, sərxoş ittihamları yapışdırılır. Yevlaxda özünü yandırana psix, başqa birinə sərxoş adı qoyulmuşdu. Növbəti belə hal Sumqayıtda yaşanır. Məlumata görə, aksiyada polisin üzr istəməsi və E.Əzizovdan qazinin problemlərinin həlli tələb ediləcək.
Artıq Sumqayıtda bir gərginlik hökm sürür. Polisdən isə bildirilib ki, həmin şəxsə həmişə diqqət və qayğı olub. M.Məcidova dövlət tərəfindən maşın və ev də verilib. Lakin o, yenə də maddi durumunun ağır olmasından şikayət edib.
Qazilər isə bununla razılaşmır. Sumqayıtda özünü yandıranı tanıyan şəxslər də danışırlar ki, M.Məcidov içki düşkünü deyil, sərxoş olmayıb və haqqının yeyilməsinə etirazını bildirib. Amma polis onu təhqir etməkdən belə çəkinmir.
Məlumata görə, aksiya xəbəri icra başçısını da təlaşlandırıb. Çünki bir neçə gün öncə prezident icra başçıları ilə görüşdə onlara mühim tapşırıqlar verib, xəbərdarlıq edib. Bunun ardınca Sumqayıtda Qarabağ qazisinin intihar cəhdi heç də E.Əzizova yaxşı perspektiv vəd etmir.
İstisna deyil ki, icra başçısının “qələmi sındırılıb” və “başı kötük” üstədir. E.Əzizovun vəzifədən alınması versiyası da iddia olunur. İcra başçısı prezidentlə görüşdən bir neçə gün sonra əməlli-başlı bəlaya düşüb. Şəhərdə qazinin özünü yandırmasına görə icra başçısı ciddi təhlükə ilə üzləşib. Ümumiyyətlə, Sumqayıtın icra başçısının adı bir sıra maxinasiyalar, korrupsiya faktlarında hallanır. Amma qazinin özünü yandırması artıq ölkə üçün ən həssas problemə çevrilib.
Hakimiyyətin özünü yandıranlara görə başı ağrımağa başlayıb. Prezidentin icra başçıları ilə görüşü də məhz buna hesablanmışdı; insanları incitməyin, şikayətlərini dinləyin, bölgələrdə sosial partlayışlar olmasın, heç bir kəsi təhqir etməyin, söyüşə görə iki dağ rayonunda qiyam qalxıb, vətəndaşları yola verin.
Ancaq bu göstərişlərdən az sonra Qarabağ qazisi üstünə benzin töküb intihara əl atır. Və Sumqayıt polisi vətən uğrunda döyüşən qaziyə sərxoş damğasını vurur. Təbii ki, belə həssas məsələyə kobud şəkildə reaksiya verilməsi Sumqayıt rəhbərliyinə ən ağır zərbədir.
Bu hadisədən əvvəl isə Sumqayıtda yerləşən “Cavid” Ticarət Mərkəzində ticarətlə məşğul olan III qrup Qarabağ əlili Taleh Nəbiyev də özünü yandıracağını demişdi.
T.Nəbiyev deputat Zaman İsgəndərovun univermağında kiçik bir piştaxtanı icarəyə götürüb və ayda 200 manat icarə pulu ödəyib. Corab satışı ilə məşğul olan Qarabağ əlilindən əlavə “haqq” istənilib. Göründüyü kimi, Sumqayıtda Qarabağ veteranlarına haqsızlıq edilir və vəziyyət son həddə çatıb. Bu işdə isə ən böyük məsuliyyət icra başçısının üzərinə düşür.
Mənbə bildirir ki, Sumqayıtda əhali E.Əzizovun gedişini istəyir. Onlar yeni icra başçısı arzulayırlar. Çünki gəldiyi gündən etibarən Sumqayıt üçün bir iş görməyən E.Əzizovdan ciddi narazılıq var. Bu narazılığın da ən kulminasiya nöqtəsi qazinin özünü yandırma cəhdidir. Əgər qazinin hüquqları tapdanırsa, sadə vətəndaşlara qarşı görün necə münasibət göstərilir.
Son xəbərə görə, E.Əzizov hadisəni ört-basdır etmək və qazini razı salmağın yollarını axtarır. İcra başçısı onun ailəsinə və özünə hər bir köməklik göstərilməsini tapşırıb. Polisin açıqlaması isə heç cürə bu məsələnin yatıra bilməz.
Məsələ ilə bağlı Sumqayıt şəhər icra başçısının sosial-iqtisadi məsələlər üzrə müavin Sahib Quliyevin məlumatına görə, hər dəfə bir Qarabağ əlili onlara müraciət edir.
“Qarabağ qaziləri” Birliyinin Sumqayıt təşkilatının sədri Elşən Mustafayev bildirib ki, Məcidov intihar məqsədilə üstünə benzin tökdüyü üçün həmin maye onun dərisinə zəhərlənmə verib. Hazırda Sumqayıt xəstəxanasında müalicə alan əlilin vəziyyəti normaldır. E.Mustafayev həmçinin bildirib ki, əlil M. Məcidovun problemi ilə hələlik heç kim maraqlanmayıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağ qaziləri aksiya keçirirlər

    Qarabağ qaziləri aksiya keçirirlər ...

    26-12-2013, 12:23

  • 
  • Sumqayıtda özünü yandıranı “dəlixanaya” saldılar

    Sumqayıtda özünü yandıranı “dəlixanaya” saldılar ...

    17-02-2014, 15:55

  • 
  • Sumqayıtda sərxoş sürücülər polisə müqavimət göstərdilər - VİDEO

    Sumqayıtda sərxoş sürücülər polisə müqavimət ...

    20-08-2015, 23:12

  • 
  • Eldar Əzizova qəribə etiraz: kişi yolkanın başına çıxdı (FOTO)

    Eldar Əzizova qəribə etiraz: kişi yolkanın başına ...

    29-12-2013, 15:01

  • 
  • Eldar Əzizovun 25 min manatlıq rüşvət qalmaqalı böyüyür

    Eldar Əzizovun 25 min manatlıq rüşvət qalmaqalı ...

    27-01-2013, 11:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu