Keçmiş “Sovetski” küçəsinin sakinləri evlərinin sökülməsinə görə 1 kv.metr üçün 1500 manat alacaqlar. Maliyyə Nazirliyinin məlumatı bunu təsdiqləyir. Məlumatda deyilir ki, baş nazirin müavini Abid Şərifovun fevralın 21-də bildirdiyi kimi, həmin ərazidə yaşayan əhaliyə məxsus əmlakların, mənzil və torpaq sahələrinin dövlət ehtiyacları üçün məcburi qaydada alınması nəzərdə tutulmayıb. Belə ki, həmin ərazidə yerləşən əmlakların mülkiyyətçiləri (sahibləri) öz iradələrinə, mülkü hüquq prinsiplərinə və qüvvədə olan mülkü qanunvericiliyin tələblərinə uyğun olaraq öz əmlaklarını tam könüllü surətdə dövlətə sata bilərlər. Bu ərazidə yerləşən əmlakların dövlət tərəfindən alınması zamanı əmlakın faktiki ümumi sahəsinin hər bir kvadrat metrinin dəyəri 1500 manat həcmində yuxarı hədd müəyyən olunub. Qeyd edilən məbləğin müəyyən olunması üçün həmin ərazidə kifayət qədər təhlillər aparılıb və müstəqil ekspert rəyləri nəzərə alınıb. Göstərilən məbləğin müəyyən olunması ilə bağlı qərarı əmlak bazarının reallıqlarını adekvat əks etdirən və kifayət qədər ədalətli hesab etmək olar. Müvafiq dövlət orqanlarında mövcud olan məlumatların təhlili nəticəsində son dövrlərdə ərazidə alqı-satqı olunmuş əmlakların hər bir faktiki kvadrat metrinin dəyərinin 1500 manatdan daha az olduğu müəyyən edilmib. Bütün bunlarla belə, qeyd olunan ərazidə mülkiyyətçilərə dövlət büdcəsinin vəsaiti hesabına əmlakların alınması üçün müəyyən olunmuş ən yuxarı hədd -1500 manat təklif olunur. Beləliklə, təklif olunan qiymətə razı olmayanlar öz evlərində, sözügedən ərazidə əvvəlki qaydada yaşamaqda davam edirlər. Öz əmlaklarını qeyd olunan qiymətə satmağa razı olanlar isə müvafiq qurumlara müraciət edərək alqı-satqını rəsmiləşdirirlər. Artıq 100-ə yaxın mülkiyyətçi ilə alqı-satqıya dair müvafiq razılaşma sənədi imzalanıb və onların pul vəsaiti bankdakı hesablarına köçürülüb. Xatırladaq ki, fevralın 16-da sözügedən rayonun bir neçə min sakini etiraz aksiyası keçirərək kompensasiyanın məbləğinin artırılmasını tələb ediblər. Əsasən yaşayış sahəsi az olan və təklif edilən məbləğə heç ucqarda belə ev ala bilməyən vətəndaşlar narazılıq edirlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?