Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyev Goradil və Mehdiabad ərazilərini alıb. Bu barədə əldə etdiyimiz xəbərə görə, generalın hər iki qəsəbədə hektarlarla sahəsi var. Xaçmaz-Xudat rayonlarının kuratorluğunu edən general, həm də bu qəsəbələrə sahib çıxıb. E.Quliyevin torpaq sahələrində yeni yaşayış massivləri salınır. Mətbuat yazı ki, general Xaçmazın keçmiş Xraxoba kəndini da alıb. Kəndin yaxınlığında da təzə evlər tikiblər. 26 evdir, 15-də artıq yaşayış var. Yenə də 26 ev tikəcəklər. Həmin təzə evlərə yerləşənlər yezidi kürdlərdir. Deyilənə görə, bunu generaldan Vasif Talıbov xahiş edib. Mənbə deyir ki, Mehdiabad və Goradil zonasına da general kuratorluq edir. Ümumiyyətlə, sərhəd rəisinin böyük biznesi və torpaq sahələri var. Qeyd edək ki, bir müddət öncə bu general hədəfə alınmışdı. Ölkə prezidenti İlham Əliyevin göstərişi ilə Dövlət Sərhəd Xidmətində yoxlamalara başlamış, yoxlamada məqsəd Sərhəd Xidmətində dövlət büdcəsi hesabına gerçəkləşən layihələrin icra vəziyyətini yoxlamaq və neqativ tendensiyaları aşkarlamaq olmuşdu. Xidmətin fəaliyyəti ilə bağlı dövlət başçısına təqdim edilən hesabat ancaq nailiyyətlərin sadalanmasından ibarət olduğu üçün yuxarı çevrələrdə şübhə yaratmış və sonda qurumdakı durumun təftiş edilməsinə qərar verilmişdi. Sərhəd xidmətinin rəisinin adı müdafiə naziri postuna iddialılar arasında çəkilirdi. Hədəfdə olarkən E.Quliyevin vəzifədən alınacağı gözlənilirdi. Lakin gedişat başqa səmtə yönəldi. İndisə general bu qəsəbəni də alıb. Eyni zamanda şimal bölgəsi onun nəzarətindədir. Quliyev Elçin İsağa oğlu 1967-ci il sentyabrın 22-də Sumqayıt şəhərində anadan olub. 1996-2001-ci illərdə isə Xudat sərhəd dəstəsinin rəisi vəzifələrində işləyib. 2001-ci il tarixindən 2002-ci il tarixinədək Milli təhlükəsizlik nazirinin müavini - Sərhəd Qoşunlarının Komandanı vəzifəsində çalışıb. 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı təyin edilib. 2009-cu ildə Azərbaycan Atçılıq Federasiyasının prezidenti seçilib. Rafiq Qara
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?