GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Məmur oğlu keçmiş qayınatasını polislərə döydürdü

Məmur oğlu keçmiş qayınatasını polislərə döydürdü

Tarix: 10-04-2014, 10:27 Bölmə :Manşet Baxış: 694
Məmur oğlu keçmiş qayınatasını polislərə döydürdü
Məmur özbaşnalığı şok həddə

“Keçmiş kürəkənimiz, nəvəmin əri Tural Əhmədovun atası Fövqəladə Hallar Nazirliyində şöbə müdiridir, anası isə Nazirlər Kabinetində kadrlar şöbəsinin müdiri. Bu ailənin bütün böyük adamlarla tanışlığı var.Keçmiş qudalarımız bizi həmin tanışları ilə hədələyir. Nəvəm Turalla ailə qurandan sonra dəfələrlə fiziki zorakılığa məruz qalıb, hətta döyüləndən sonra qarnındakı uşaq da ölüb. Məmur övladının qudurğanına rast gəlmişdik deyə başımıza bu müsibətlər gəldi”.
Bunu redaksiyamıza açıqlamasında Badamdar qəsəbəsində polis və mülki geyimli şəxslər tərəfindən döyülərək həbs edilən Zakir Hüseynovun anası Lalə Həsən qızı Məmmədova deyib.
Qeyd edək ki, ailə baş verənlərlə bağlı Bakı Şəhər Prokurorluğuna məlumat verib. L.Məmmədova bildirdi ki, dəbdəbəli həyat sürən kürəkənlərinə valideynləri dəstək verir: “Turalla nəvəmin toyu ötən ilin sentyabrında olub. Turalın altında yüz minlərlə dollar qiyməti olan avtomobil var, gecələr evə gəlmirmiş. Qız oğlanın narkotik vasitələrdən istifadə etdiyindən şübhələnib. Bundan sonra ata evinə geri dönüb. Bu isə Turalın xoşuna gəlmədi. Oğlan tez-tez gəlirdi ki, gəl barışaq. Qız isə geri qayıtmaq istəmirdi”.
Şikayətçi dedi ki, iki gün əvvəl məhkəmə nəvəsinin boşanma tələbinə baxıb: “Tural da dedi niyə boşanırsan. Fevralın 17-də də oğlumu evdə 4 nəfər döydü. Amma heç kim şikayətimizə baxmadı. Bu gün isə Səbayel Rayon Polis İdarəsi 8-ci polis bölməsinin 15 əməkdaşı oğlumu, məni, nəvəmi döyüb. Oğlumun geyinməsinə belə icazə vermədilər, təpikləyərək tutub apardılar. Hətta maşına basanda oğlum maşının təkəri altında da qaldı. Bəs mən dərdimi kimə deyim?”
Məmur oğlu keçmiş qayınatasını polislərə döydürdü
Vəkil Aslan İsmayılov da virtualaz.org saytına açıqlamasında hadisəyə münasibət bildirdi: “Mənə verilən məlumata görə, Zakir Hüseynovu 8-ci polis bölməsinə aparıblar. Amma şöbənin rəis müavini Zakirin ora aparıldığını təkzib etdi. Mən rəis müavininin qəbulundan çıxandan sonra qapıda dayanan qadınlardan belə bir adamın bölməyə gətirilib-gətirilmədiyini soruşdum. Onlar əlamətlərindən Zakiri tanıdılar, dedilər ki, indi gətirirmişdilər bura”.
Vəkil qeyd etdi ki, Tural Əhmədovun keçmiş qayınatasına yazdığı təhdid mesajları var: “Prezident İlham Əliyev məmur övladlarına xəbərdarlıq edib. Zakir Hüseynovun atası professor, elmlər doktorudu, xarici ölkələrdə tanınır. Belə bir ziyalı ailəsi məmur övladının təzyiqi altındadır. Biz daxili işlər naziri Ramil Usubovla baş prokuror Zakir Qaralova müraciət etmişik ki, polisin belə özbaşınalığına son qoyulsun”. Qeyd edək ki, Səbayel Rayon Polis İdarəsi 8-ci polis bölməsindən məsələyə münasibət öyrənə bilmədik. Telefona cavab verən şəxs bu mövzuda danışmaq səlahiyyətinə malik olmadığını dedi. Bununla belə qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Məmur oğlu keçmiş qayınatasını polislərə döydürdü
“Badamdar qəsəbəsində polis və mülki geyimli şəxslər Zakir Hüseynov adlı vətəndaşa qarşı təxribat törətmək istəyirlər”. Bu barədə tanınmış hüquqşünas Aslan İsmayılov məlumat verib.
Onun sözlərinə görə, Zakir Hüseynovla keçmiş kürəkəni arasında problem yaranıb: “Zakir Hüseynovun qızı 2 ay gəlin olduqdan sonra dözülməz şəraitdən ata evinə qayıdıb. Bundan sonra kürəkən Tural Əhmədov daim qayınatasına zəng edib, təhdid edib, onu deşik-deşik edəcəyi barədə smslər yazıb ki, qızını qaytarsın. 17 fevral 2014-cü il tarixdə kürəkəni 4 nəfərlə onun evinə gəlib. Həmin şəxlərdən biri polis əməkdaşı olub. Onlar Zakir Hüseynovun qızını zorla geri qaytarmaq istəyiblər. Zakir Hüseynov buna razılıq vermədikdə onu öz evində ölümcül döyüblər”.
Vəkilin sözlərinə görə, bundan sonra Zakir Hüseynov təcili yardımla xəstəxanaya aparılıb. Ona çoxlu sayda xəsarət yetirildiyi, burun sümüyünün sındırıldığı müəyyən edilib. Dərhal hadisə yerinə gələn polislər izahat alıblar. Heç bir tədbir görülmədiyindən Zakir Hüseynov dəfələrlə Ramil Usubova, Zakir Qaralova şikayət ərizələri yazıb. Amma Səbayel Rayon Polis İdarəsi Zakir Hüseynovun özünə xuliqanlıq ittihamı irəli sürüb. “İş materialları tam saxtalaşdırılıb. Bunun səbəbi odur ki, Zakir Hüseynovun yeznəsinin valideynləri vəzifəli şəxslərdir. Onun anası Nazirlər Kabinetində, atası isə Fövqəladə Hallar Nazirliyində yüksək vəzifə tuturlar. Zakir Hüseynovu həbs etmək istəsələr də vəkilin müdaxiləsindən sonra sərbəst buraxıblar. Amma itiiham qüvvəsində qalır” - deyə Aslan İsmayılov bildirib. Onun sözlərinə görə, bu gün səhər saatlarında Badamdarın sahə müvəkkili və mülki geyimli şəxslər Zakir Hüseynovun evinə gəlib.
“Zakir Hüseynovun anası, yaxından tanıdığım Lalə xanım və atası, professor, elmlər doktoru Əli müəllim mənimlə əlaqə saxlayıb. Hazırda mən onların evinin qarşısındayam. Bura iki maşın keşik çəkir. Onlardan biri 90 FC 404 nömrə nişanlı “Mercedes”, digəri isə 10 XC 999 nömrə nişanlı “Lexus”dur. Hər ikisində mülki geyimli şəxslər var. Sahə müvəkkili Cavad Cavadov da onlarladır. Mülki geyimlilərdən biri özünü əməliyyatçı kimi təqdim edib. Onlar iddia edirlər ki, baş verənlərinin onlara dəxli yoxdur. Mən hazırda burdayam. Gözləyirlər ki, Zakir Hüseynov çölə çıxsın və ona qarşı hər hansı təxribat törətsinlər” - deyə vəkil bildirib.
Hüquqşünas deyib ki, hadisə barədə Bakı Şəhər Prokuroluğuna və Daxili İşlər Nazirliyinə müraciət edib. “Lakin heç bir nəticəsi yoxdur. Açıq-aşkar dərəbəylikdir. Sizin vasitənizlə bir daha Zakir Qaralov və Ramil Usubova müraciət edirəm ki, bu özbaşınalığın qarşısını alsınlar” - deyə Aslan İsmayılov vurğulayıb.
ELMAN
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncədə qadın keçmiş əri tərəfindən bıçaqlanıb

    Gəncədə qadın keçmiş əri tərəfindən bıçaqlanıb ...

    16-12-2013, 00:55

  • 
  • Sabirabaddakı olayı törədənin ailəsi: "Üzr istəyirik!"

    Sabirabaddakı olayı törədənin ailəsi: "Üzr ...

    9-07-2014, 01:47

  • 
  • Gültəkin Hacıbəylinin əmlakına həbs qoyuldu

    Gültəkin Hacıbəylinin əmlakına həbs qoyuldu ...

    4-09-2013, 15:24

  • 
  • Azərbaycanda məmur oğlu arvadı və qayınanasını öldürüb intihar etdi - Şok təfərrüat

    Azərbaycanda məmur oğlu arvadı və qayınanasını ...

    23-12-2014, 23:08

  • 
  • Məmur balasının qalmaqallı avtomobili yenə Bakı küçələrində

    Məmur balasının qalmaqallı avtomobili yenə Bakı ...

    30-09-2014, 14:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu