GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hesablama Palatası hansı məmurları çökdürəcək?

Hesablama Palatası hansı məmurları çökdürəcək?

Tarix: 29-04-2014, 09:54 Bölmə :Manşet Baxış: 1 255
Hesablama Palatası hansı məmurları çökdürəcək?
Korrupsiya zəncirinin “halqaları” kimlərdir?

Hesablama Palatasının açıqladığı rəqəmlər mövcud vəziyyəti tam əks etdirmir

Ölkədə korrupsiyanın bütün sahələrdə dərin kök salması, milyonlarla vəsaitin mənimsənilməsi faktları artıq aidiyyatlı dövlət strukturları tərəfindən də etiraf olunur. Dəfələrlə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə kompaniyasına start verilsə də, təəssüf ki, bu müvəqqəti xarakter daşıyıb, korrupsiya piramidasının zirvəsində duran “akulalar” cəzasız qalıblar. Sadəcə bir neçə kiçik məmur cəzalandırılıb, korrupsiyaya qarşı mübarizə görüntüsü yaradılıb. Ayrı-ayrı dövlət orqanlarında baş verən korrupsiya faktlarının nə həddə olduğunu görmək üçün Hesablama Palatasının açıqladığı cüzi rəqəmlərə nəzər salmaq kifayətdir. Bir sıra təşkilatlarda aparılmış yoxlamalar nəticəsində Hesablama Palatası silsilə korrupsiya faktları aşkarlayıb.

Səhiyyə Nazirliyində korrupsiya halları kütləvi hal alıb

Hesablama Palatasının auditi zamanı Səhiyyə Nazirliyinin müxtəlif strukturlarında kütləvi korrupsiya hallarına rast gəlinib. Nazirliyin İnnovasiya və Təchizat Mərkəzi bu sahədə liderlik edir. Audit zamanı bu mərkəzdə 100 min manata yaxın büdcə talanı aşkarlanıb. Xüsusilə, dövlət hesabına müxtəlif dərman pereparatları ilə təchiz olunmalı olan xəstələrə dərmanların çatdırılması sahəsində qanun pozuntuları kütləvi hal alıb. Əsas mənimsəmə halları “Şəkərli diabet üzrə proqram”ın, “Ana və uşaqların sağlamlığının qorunması üzrə tədbirlər proqramı”nın, “Yoluxucu xəstəliklərin immunoprofiloftikasına dair tədbirlər proqramı”nın, “Xroniki böyrək çatışmamazlığı üzrə tədbirlər proqramı”nın icrası zamanı kütləvi xarakterli olub. Xəstələrə pulsuz paylanmalı olan dərman pereparatları paylanılmayıb, şəkərli diabet xəstələrinə düşən xərclər isə şişirdilib. Bir çox müəssisələrdə xəstələr üçün nəzərdə tutulan xərclər fərqli olub.
Korrupsiya faktlarına nazirliyin digər strukturlarında da rast gəlinib. Elmi Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutunda aparılan yoxlamalar zamanı qida normalarının düzgün tətbiq edilməməsi nəticəsində artıq məhsulların silinməsi, əməkdaşların adına əlavə əmək haqqlarının yazılması faktları üzə çıxarılıb. Ümumiyyətlə, audit zamanı bu institutda 65 min manatlıq korrupsiya faktı aşkarlanıb.
3 saylı Şəhər Klinik Xəstəxanası da dövlət vəsaitinin mənimsənilməsində “xəsislik” etməyib. Burada mal və xidmətlərin alışı zamanı tender qaydalarına əməl edilməyib, işçilərin adına artıq əmək haqqı yazılaraq mənimsənilib. Audit zamanı bu xəstəxanada 115 min manatlıq büdcə talanı üzə çıxarılıb.
Sabirabad rayon xəstəxanasında da aparılan auditin nəticəsində 47 min manata yaxın dövlət vəsaitinin mənimsənildiyi aşkarlanıb. Əsasən pullar avtomobillərə normadan artıq ehtiyat hissələrini alınması, müxtəlif materialların, cihazların qiymətlərinin inventarizasiyası zamanı mənimsənilib. Təbii ki, Hesablama Palatasının yoxlamaları Səhiyyə Nazirliyinin bütün strukturlarını əhatə etmir və göstərilən rəqəmlərin də səmimiliyi şübhə doğurur. Səhiyyə sistemi bu gün nəhəng korrupsiya bataqlığını xatırladır. Nazirliyin bütün strukturları dövlət vəsaitlərinin mənimsənilməsi uğrunda sanki yarışa çıxıblar. Elə aparılan yoxlamalar zamanı aşkarlanan faktlar da vəziyyətin ciddiliyini göstərir. Amma, nədənsə heç kim ölkə səhiyyəsinin “müalicəsi” haqqında düşünmək istəmir.

Kənd təsərrüfatını çökdürən nəhəng korrupsiya piramidası

Heç kimə sirr deyil ki, dövlət büdcəsindən kənd təsərrüfatının inkişfını təmin etmək üçün böyük məbləğdə vəsaitlər sərf olunsa da, bu sahədə vəziyyət ildən-ilə pisləşir. Fermerlərə, kənd təsərrüfatı ilə məşğul olan fərdi şəxslərə müxtəlif subsidiyalar ayrılmasına, güzəştlər nəzərdə tutulmasına baxmayaraq kütləvi mənimsəmələr, rəqəmlərin şişirdilməsi hesabına kəndlinin vəziyyəti çətin duruma düşüb. Hesablama Palatasının “Aqrolizinq” ASC-nin müxtəlif filiallarında apardığı auditin nəticəsi də vəziyyətin acınacaqlı olduğunu göstərir. Aşkar olunmuş faktlar əsasında “Aqrolizinq” ASC-nin Şəki filialının rəhbərliyi barəsində cinayət işi açılıb.
Yoxlamalar zamanı məlum olub ki, təkcə 2013-cü ildə dövlət vəsaiti hesabını alınan superfosfat gübrəsinin 70 faizi, 2 min ton azot gübrəsinin 1486 tonu mənimsənilib. Həmin gübrələr 115 fermerin adına yazılaraq silinib. Guya həmin fermerlər gübrənin pulunu ödəməkdə çətinlik çəkib və bununla borc adına qeydiyyata salınıb. Əvvəlki illərdə də qalan borcu böyük həcmdə debitor borc yaradıb.
Kənd təsərrüfatı texnikası üzrə filialın kredit borc yaranıb və illər üzrə artığı müəyyən edilib. Bəzi vəzifəli şəxslərə 1 illik lizinq yolu ilə verilən 17 ədəd texnikalar sonradan fililalın balansına qaytarılmayıb, hətta buna görə servis haqqı belə alınmayıb. “Aqrolizinq” ASC-nin Horadiz Aqroservis Filialında aparılan auditin nəticəsində 110 min manatdan çox büdcə vəsaitinin mənimsənildiyi aşkarlanıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin iki bölməsində aşkarlanan korrupsiyanın həcmi 1,3 milyon manat təşkil edir. Bu qədər vəsaitin mənimsənilməsi “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsi və investisiya xərcləri üzrə baş verib. Həmçinin, təşkilatlarda əmək haqqlarının artıq hesablandığı, xeyli sayda “ölü ştatların” olduğu, normadan artıq təmir, yanacaq xərclərinin silindiyi məlum olub.
Maraqlıdır ki, bu qədər ciddi rəqəmlər olmasına baxmayaraq kimsənin cəzalandırılması haqqında məlumat verilmir. Sadəcə bir neçə məmura xəbərdarlıq olunub. Dövlət vəsaitlərinin amansızcasına talan edilməsinə baxmayaraq, hökm sürən cəzasızlıq mühiti məmurların daha da əl-qolunu açır. Milyonlarla manat vəsaiti rahatca mənimsəyib üstündən də “su içənlər” müxtəlif yollarla məsuliyyətdən yayına bilirlər. Elə bunun nəticəsidir ki, cəzasız qalan məmurlar, artıq onların yaxın ətrafları belə ölkə qanunlarına məhəl qoymur, dəbdəbəli həyatlarını reklam etdirirlər. Əhalinin əhəmiyyətli qismi gündəlik dolanacağını təmin etmək üçün min bir əzab-əziyyətə qatlaşdığı halda dövlət vəsaitini mənimsəyərək milyonlar sahibi olan məmur-korrupsionerlər qanunları tapdalamaqda davam edirlər. Bunlara göz yumanların isə hansı maraqlara xidmət etdiyi şübhəlidir. Görəsən, kimi aldadırıq?
N.Mahmudov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hesablama Palatasının yeni sədrinə etirazlar başladı

    Hesablama Palatasının yeni sədrinə etirazlar ...

    25-11-2013, 14:39

  • 
  • HESABLAMA PALATASI DÖVLƏT KOMİTƏSİNDƏ NÖQSANLAR AŞKARLADI

    HESABLAMA PALATASI DÖVLƏT KOMİTƏSİNDƏ NÖQSANLAR ...

    25-02-2016, 17:04

  • 
  • Dövlət əmlakını talayan bu məmurlar cəzasız qalır - Səbəb

    Dövlət əmlakını talayan bu məmurlar cəzasız qalır ...

    12-04-2015, 17:59

  • 
  • Hesablama Palatası Sabirabadda yoxlamalara başladı-İCRA BAŞÇISI HƏDƏFƏ ALINDI

    Hesablama Palatası Sabirabadda yoxlamalara ...

    20-11-2014, 23:55

  • 
  • Hesablama Palatası İsmayıl Ömərovla bağlı dəhşətli faktlar aşkarladı

    Hesablama Palatası İsmayıl Ömərovla bağlı ...

    25-01-2014, 11:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu