YAP-dan cavab geçikmədi: “Bu dəfəki hesabat da böhtanlı və qərəzlidir”
«Human Rights Watch» təşkilatı Azərbaycanda insan haqları ilə bağlı növbəti hesabatını açıqlayıb. gundemxeber.az” xəbər verir ki, hesabatda Azərbaycanın Avropa Şurasının öhdəliklərini yerinə yetirmədiyi qeyd olunur. Təşkilatın Cənubi Qafqaz üzrə baş tədqiqatçısı Giorgi Gogianın sözlərinə görə, hökumət açıq-aşkar təşkilatın əsas standartlarına məhəl qoymur: “Avropa Şurası rəhbərliyi Azərbaycana aydın şəkildə başa salmalıdır ki, o, hökuməti tənqid etdiyinə görə ədalətsiz olaraq həbs edilənləri azad etməli və insan haqları sahəsində islahatlar aparmalıdır”. Hesabatda vurğulanır ki, son iki ildə hökumət 38 siyasi fəal, jurnalist, blogger və hüquq müdafiəçisinə qarşı əsassız ittihamlar irəli sürüb və onların çoxsu hazırda həbsdədir. Hesabatda həmçinin həbs olunan NİDA-çılar, jurnalistlər Rauf Mirqədirov və Pərviş Həşimli ilə yanaşı, hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşına, jurnalist Xədicə İsmayıla qarşı təzyiqlərin olduğu qeyd olunub. Hesabatdan dərhal sonra YAP-çı millət vəkili Aydın Mirzəzadə “Human Rights Watch”təşkilatı Azərbaycanda insan haqları ilə bağlı növbəti hesabatına münasibət bildirib. A. Mirzəzadə açıqlamasında bildirib ki, hər dəfə olduğu kimi bu dəfəki hesabat da qərəz və böhtan xarakteri daşıyır: “Özünü ictimai- siyasi təşkilat adlandıran bir qurum Azərbaycan üzərində prokurorluq nəzarəti aparır. Azərbaycanın daxili və xarici siyasətini onların istəklərinə uyğun qurulmasına çalışır. Demokratiya və insan haqları adı altında Azərbaycana təzyiq edir. Konkret cinayət əməlinə görə həbs edilən insanları kontekstdən kənar vicdan məhbusu adlandırır. Onların hesabatları illərdir bu formada verilir. Azərbaycanın inkişafı ilə bağlı realllığı görmək istəmirlər”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?