GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İlham Əliyev: "Bu doğrudan da saraydır"

İlham Əliyev: "Bu doğrudan da saraydır"

Tarix: 15-05-2014, 11:21 Bölmə :Manşet Baxış: 0
İlham Əliyev: "Bu doğrudan da saraydır"
Dövlət başçısı “Şamaxı Palace Platinum By Rixos” otelinin açılışında çıxış edib

“Bu gün Şamaxı rayonunda çox əlamətdar bir gündür. Şamaxıda belə gözəl, möhtəşəm otel açılır, “Şamaxı Palace” oteli. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu, doğrudan da “Palace” oteldir, yəni saraydır, saraya oxşayır. Həm xarici görünüşü, daxili dizaynı, rahatlığı, əlbəttə ki, ən yüksək səviyyədədir”.
Bunu dövlət başçısı İlham Əliyev Şamaxıda “Şamaxı Palace Platinum By Rixos” otelinin açılışında deyib. İ. Əliyev bildirib ki, otel üçün ən yüksək standartlar tətbiq edilib, otaqlar genişdir, rahatdır, istirahət üçün gözəl imkan var: “Bu, Azərbaycanda artıq üçüncü oteldir ki, “Rixos” şirkəti onu idarə edir. Bundan əvvəl Qubada gözəl otelin açılışında iştirak etmişəm, Naftalan şəhərində “Rixos” fəaliyyət göstərir və indi Şamaxıda. Bu, özlüyündə bir göstəricidir. Çünki bu, Azərbaycanın inkişafına inamın əlamətidir. Azərbaycan inkişaf edir. Hər sahə inkişafdadır, o cümlədən turizm sahəsi. Son illərdə Azərbaycana gələn turistlərin sayının artması və yeni otellərin açılışı ölkəmizin dinamik inkişafını göstərir. Çünki bundan sonra biz qeyri-neft sektorunun inkişafı ilə daha da ciddi məşğul olacağıq və ölkəmizi hərtərəfli – həm iqtisadi cəhətdən, həm regional baxımdan inkişaf etdirəcəyik.
Bildiyiniz kimi, Bakıda son 2-3 il ərzində bir neçə beşulduzlu otel açılmışdır. Bu otellər dünyanın ən yüksək otel şəbəkələrinin otelləridir. “Four Seasons”, “Fairmont”, “Marriott”, “Hilton”, “Kempinski” “Jumeirah”, “Sheraton”, “Hyatt”, yəni, dünyanın səkkiz aparıcı otel brendi bir şəhərdədir, özü də Bakı şəhərində. Yəni, biz bunu ancaq dünyanın ən inkişaf etmiş şəhərlərində görə bilərik. Yenə də otellər tikilir. Hazırda Bakıda “İnturist” oteli tikilir. Bu da çox əlamətdar hadisədir. Çünki Bakının vaxtilə - 1950-1960-cı illərdə ən məşhur oteli “İnturist” idi. Sonra “Yeni İnturist” tikildi, bunun adı oldu “Köhnə İnturist”. Sonra isə əfsuslar olsun ki, o, sökülmüşdür, yerində başqa bina tikilmişdir. Ancaq bakılıların xatirəsində həmişə “İnturist” oteli yaşayır.
Mən çox şadam ki, hazırda biz bu tarixi ədaləti bərpa edirik. “İnturist” oteli tikilir. Adı da “İnturist” olacaqdır. Təxminən əvvəlki “İnturist”in yerinə çox yaxın bir yerdə tikilir. Dənizə mənzərəsi açılır və Yeni Bulvarın arxasında yerləşir. Eyni zamanda, Ağ şəhər bulvarında - bulvarın əks istiqamətində yeni böyük otel tikilir. Beləliklə, Bakıda beşulduzlu otellərin sayı ən azı ona çatacaqdır. Yəni, bir neçə il ərzində beşulduzlu on otelin fəaliyyətə başlaması özlüyündə ölkəmizin nə qədər sürətlə inkişaf etdiyini göstərir.
Turistlərin sayı, qonaqların sayı artır və hər qonaq, hər halda mənimlə görüşən xarici qonaqlar Bakı haqqında, Azərbaycan haqqında çox yüksək fikirdədirlər. Azərbaycanın inkişafı, Bakının gözəlliyi onları heyran edir. Keçən ay Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi istifadəyə verilmişdir. Bu da dünya miqyasında ən gözəl aerovağzal komplekslərindən biridir. Həm xarici görünüşü, dizayn, interyer, həm də zövq baxımından ən yüksək səviyyədədir. Ona görə hazırda bax bu turizm və nəqliyyat infrastrukturu bizə imkan verir ki, bu sektoru sürətlə inkişaf etdirək.
Məni daha çox sevindirən odur ki, hazırda bölgələrdə ən müasir səviyyədə otellər tikilir. Şimal-qərb zonasında, bax, Şamaxıda artıq ikinci oteldir. Biri də tikilir. Qəbələ şəhəri artıq Azərbaycanın turizm mərkəzinə çevrilmişdir. Beynəlxalq Aeroport və dörd, ya da ki, beş beşulduzlu otel artıq fəaliyyət göstərir. Şəki bizim qədim şəhərimizdir. Orada da otellər tikilib. Şimal istiqamətində “Rixos” artıq Qubada fəaliyyət göstərir. Böyük qolf meydançası da vardır, burada dünya çempionatları keçirmək mümkündür. “Şahdağ” qış-yay turizm mərkəzi. Orada artıq üç otel açılıbdır - “Şahdağ”, “Pik Palas”, “Zirvə”, dördüncüsü də tikilir. Qusar və Qəbələ rayonlarında dağ xizəyi kompleksləri açılmışdır. Bu, Azərbaycanda heç vaxt olmamışdır. Yəni, turizm Azərbaycanda hazırda ən sürətlə inkişaf edən sahələrdən biridir. Bunu beynəlxalq qurumlar da qeyd edirlər. Dünya Turizm Təşkilatının rəhbərliyi Azərbaycanda görülən işlərə çox yüksək qiymət verir.
Ölkəmiz çox gözəldir, zəngindir. Təbiətimiz, havamız, iqlimimiz böyük sərvətimizdir. Eyni zamanda, Azərbaycanda tarixən müalicə üçün də yerlər olmuşdur. Onların içində mən Naftalanı qeyd etmək istəyirəm. Orada da “Rixos” fəaliyyət göstərir və biz Naftalanın keçmiş şöhrətini bərpa edirik. Sovet vaxtında hər il 50-60 min insan Naftalana müalicə üçün gəlirdi.
Müstəqilliyin ilk illərində Azərbaycan erməni işğalına məruz qalmışdır. Məcburi köçkün soydaşlarımız o otellərdə, sanatoriyalarda məskunlaşmışdı. Biz onlar üçün yeni evlər tikdik, qəsəbələr yaratdıq. Onlar çox gözəl yerlərə köçürüldü. İndi Naftalanda Azərbaycanın müalicə mərkəzi tikilir. “Çinar”, “Rixos” otelləri və tikilməkdə olan “Qarabağ” oteli də artıq Naftalanı bir turizm, istirahət, müalicə mərkəzi kimi dünyaya təqdim edəcəkdir.
Yəni, ərazisi o qədər də böyük olmayan ölkədə görün, artıq nə qədər turizm mərkəzləri vardır. Bakı dəniz sahilində istirahət üçün imkanlar yaradır. Qusar, Qəbələ dağ xizəyi, Şamaxı, Naftalan. Biz Qalaaltını da buraya əlavə etməliyik. Çünki sovet vaxtında Qalaaltı da ümumittifaq kurortu idi. Burada müalicəvi su da çox keyfiyyətlidir. İndi Qalaaltıda çox gözəl, yeni otel tikilir.
Əlbəttə ki, bu, uzunmüddətli strategiyamıza uyğundur. Çünki bu sahəyə qoyulan sərmayə uzun müddətə, Azərbaycanın gələcəyinə qoyulan sərmayədir. Əgər investorların inamı olmasaydı, Azərbaycana bir manat da qoymazdılar. Həm yerli, həm xarici investorlar turizm, otel sektorlarına, böyük maraq göstərirlər, investisiyalar qoyurlar və beləliklə, ölkəmiz bu gün dünyada turizm mərkəzi kimi tanınır.
Bizim məqsədimiz məhz bundan ibarət idi. Çünki Azərbaycanı daha çox neftə, qaza görə tanıyırdılar. Amma mən istəyirəm ki, Azərbaycanı gözəlliyə, rahatlığa görə tanısınlar, turizm mərkəzi kimi tanısınlar. Bütün imkanlar vardır - belə təbiət, gözəl hava, istedadlı insanlar, ölkəmizdə hökm sürən sabitlik, təhlükəsizlik. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bakı da ən təhlükəsiz şəhərdir. Əlbəttə ki, nə qədər çox inkişaf getsə, insanlar nə qədər çox zənginləşsələr, varlı olsalar, ölkəmiz də bir o qədər çox inkişaf edəcək və Azərbaycan daim inkişaf yolu ilə gedəcəkdir. Sabitlik, gələcəyə inam və düzgün siyasət bu gün Azərbaycanın inkişafını şərtləndirir.
Təsadüfi deyildir ki, son on il ərzində dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə Azərbaycandır. Belə gözəl, möhtəşəm otelin Şamaxıda yaradılması əlbəttə ki, çox əlamətdar hadisədir. Şamaxı inkişaf edir. Mən keçən il Şamaxıda olmuşam. Keçən il tariximiz, milli dəyərlərimizin qorunması üçün çox əlamətdar hadisə baş vermişdir. 743-cü ildə tikilmiş, Azərbaycanda və müsəlman aləmində ən qədim məscidlərdən biri olan Şamaxı Cümə məscidi əsaslı bərpadan sonra açılmışdır. Bu, bizim tariximizə, dinimizə, adət-ənənələrimizə verdiyimiz töhfədir, mənəvi borcumuzdur.
Ölkədə milli dəyərlər və müasirlik vəhdət təşkil edir. Bizim uğurumuzun əsas səbəbi məhz bundan ibarətdir. Dərin mənəvi köklər üzərində müasir dövlət qururuq və belə gözəl otellər görülən işlərin kiçik bir parçasıdır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Quba Rixos"-da Anar Məmmədovun əlindən çıxdı

    "Quba Rixos"-da Anar Məmmədovun əlindən ...

    2-04-2018, 18:43

  • 
  • Otellərin qiyməti ucuzlaşdı - Prezidentin tənqidindən sonra (Siyahı)

    Otellərin qiyməti ucuzlaşdı - Prezidentin ...

    15-07-2015, 12:59

  • 
  • İlham Əliyev Şamaxıda: zəlzələdən zərərçəklər üçün yaşayış binasının təməli qoyuldu

    İlham Əliyev Şamaxıda: zəlzələdən zərərçəklər ...

    7-03-2019, 12:31

  • 
  • Şamaxıda iki avtomobil qoyun sürüsünə girdi

    Şamaxıda iki avtomobil qoyun sürüsünə girdi ...

    23-06-2017, 13:28

  • 
  • Şamaxıda iki avtomobil toqquşub, vəkil hadisə yerində ölüb

    Şamaxıda iki avtomobil toqquşub, vəkil hadisə ...

    24-11-2013, 23:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu