GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Oqtay Şirəliyev prezidentin sərəncamlarının icrasına niyə nəzarət etmir?

Oqtay Şirəliyev prezidentin sərəncamlarının icrasına niyə nəzarət etmir?

Tarix: 16-05-2014, 10:36 Bölmə :Manşet Baxış: 0
Oqtay Şirəliyev prezidentin sərəncamlarının icrasına niyə nəzarət etmir?
Qeysəriyyə bir gündə iki ananı öldürdü: niyə?

Azərbaycanda qeysəriyyə əməliyyatından sonra bir gündə iki ana ölüb.
Sonuncu hadisə Sabirabad rayon Perinatal Mərkəzində qeydə alınıb. Mərkəzdən verilən məlumatda bildirilib ki, rayonun Çolpu kənd sakini, 1987-ci il təvəllüdlü Rzayeva Alidə Ağalar qızı ötən gecə mərkəzdə qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirib. 38 həftəlik uşaq dünyaya gələndən sonra qadında daxili qanaxma başlayıb. Onu ikinci dəfə əməliyyata götürüblər. Əməliyyatdan sonra özünü yaxşı hiss edən xəstənin halı bu gün səhər saatlarında pisləşib və o, dünyasını dəyişib.
Ölümün dəqiq səbəbləri ekspertizanın rəyindən sonra açıqlanacaq. Ekspertlərin ilkin rəyinə görə isə xəstə ağ ciyər arteriyasının tromboemboliyası nəticəsində dünyasının dəyişib...
Bundan bir az əvvəl doğuş zamanı digər ölüm faktı isə Sabirabadda qeydə alınıb. Gənc qadın ötən gecə doğuş sancısı ilə Sabirabad rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər onun üzərində qeysəriyyə əməliyyatı aparmağa qərar veriblər. Lakin doğuşa girən ana əməliyyat zamanı qanaxmadan keçinib...
Xatırladaq ki, prezident İlham Əliyev ötən ilin 27 noyabrında qeysəriyyə kəsiyi əməliyyatı ilə bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiq edib. Dəyişikliyə əsasən, qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.
Yeri gəlmişkən, həmin məcəlləyə bundan əvvəl Milli Məclisdə edilmiş dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə əməliyyatının aparılmasına görə, vəzifəli şəxslər 5 000 manatdan 7 000 manatadək miqdarda, hüquqi şəxslər isə 10 000 manatdan 15 000 manatadək cərimə edilməlidirlər.
Məsələyə bu səviyyədə müdaxilə bəlkə də kimlərəsə qəribə görünə bilər. Əslində isə, əvvəllər də qeyd etdiyimiz kimi, burada qəribə və ya təəccüblü heç nə yoxdur. Ən azı ona görə ki, söhbət anaların və onların övladlarının taleyindən gedir...
Qeysəriyyə – dölün və sonluğun uşaqlıqdan onun divarını kəsməklə çıxarılması, başqa sözlə, təbii doğuş prosesinə cərrahi müdaxilə deməkdir. Bu üsul, adətən, ciddi ehtiyac yarandıqda, ananın və uşağın həyatını xilas etmək üçün həyata keçirilir. Əməliyyata dölün köndələn və ya çanaq gəlişi vəziyyətində, çanaq dar, uşağın başı böyük olduqda və ananın doğuş fəaliyyətinin zəif olması zamanı yol verilir.
Beynəlxalq səhiyyə təşkilatlarının gündəmində bu tələb indi də qalır. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yalnız ciddi və əsaslı tibbi göstəriş olarsa, qeysəriyyəyə müraciət etməyin mümkünlüyünü vurğulayır. ÜST həmçinin hər hansı bir ölkədə qeysəriyyənin ümumi doğuşun 15 faizindən yuxarı olmasını normal hal saymır.
Lakin son 20 ildə ən inkişaf etmiş ölkələrdə belə, bu əməliyyatın faizi dəfələrlə yüksəlib. Son illərin statistikasına görə, ABŞ-da qeysəriyyə 30 faizi adlayıb. Fransa 20, Avstraliya 29 faiz artımla bu “dəbə” qoşulursa, Hindistan və Çində qeysəriyyə doğuşun tam yarısını əhatə etməklə rekord həddə çatıb.Azərbaycanda isə… Təəssüf ki, bizdə də qeysəriyyəyə müraciət edənlərin sayı çoxalıb. Məsələn, 2012-ci il üçün rəsmi statistik məlumata görə, qeysəriyyə əməliyyatı nəticəsində 14% oğlan, 46% qız uşağı götürülüb. Belə ki, həmin il ölkə üzrə 173 min doğuş reallaşıb ki, bunun da 18 faizi qeysəriyyə əməliyyatı ilə baş tutub. Başqa sözlə, Azərbaycanda qeysəriyyə yolu ilə hər il 30 minə yaxın körpə doğulur ki, bu da doğuşların təxminən 20 faizi deməkdir.
Halbuki yuxarıda da vurğuladığımız kimi, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu rəqəm 15 faizi keçməməlidir. Güman edirik ki, bütün bunlardan sonra məsələyə ən yüksək səviyyədə diqqət yetirilməsinin səbəbini bir daha başa düşdünüz.
Yeri gəlmişkən, sözügedən dəyişikliklər təsdiqlənərkən ekspertlər onu da xüsusi qeyd edirdilər ki, bu addım sui-istifadə hallarının qarşısının alınmasına xidmət edəcək və səhiyyə sistemində müəyyən qayda-qanunun bərpasına təsir göstərəcək... Amma son hadisələr göstərir ki, həmin gözləntilər, yumşaq desək, özünü doğrultmayıb...
Bəs ana olmaq istəyən qadınlar və onlarla məşğul olan həkimlər niyə bu üsula üstünlük verirlər?
Ekspertlər deyirlər ki, burada məsələnin bir tərəfi anaların ağrıdan qaçmaq, doğuşdan sonra bədən formalarını korlamamaq istəyi ilə bağlıdırsa, ikinci tərəfi akuşer-həkimlərin məsuliyyətdən yayınmaq istəklərinə və maddi amillərə söykənir.
...Yuxarıda qeyd etdik ki, əslində qeysəriyyə əməliyyatına yalnız patoloji hallarda müraciət olunmalıdır. Həkimlərin fikrincə, bu kimi hallar baş vermirsə, mütləq şəkildə təbii doğuşa üstünlük verilməli və hamiləlik dövründə ana həkim tərəfindən təbii doğuşa hazırlanmalıdır. Çünki qeysəriyyə doğuşu istənilən halda bir əməliyyatdır və bunun da çox ciddi riskləri, fəsadları var. Ona görə də həkim ananın psixoloji olaraq təbii doğuşa hazırlamalıdır.
Elə psixoloqlar da təbii doğuş tərəfdarıdırlar. Dünya praktikasında gənc anaların təbii doğuşa hazırlanması üçün qadın məsləhətxanalarında psixoloqlar da fəaliyyət göstərir. Çünki təbii doğuşdan çəkinib qeysəriyyəyə üstünlük verən ana bilməlidir ki, uşaqda sonradan ciddi fəsadlar üzə çıxacaq.
Yeri gəlmişkən, əməliyyat ilə doğulan uşaqlarda tənəffüs yolu xəstəlikləri, kəllə-beyin zədəsi, sinir sistemi və həzm prosesinin pozulması kimi hallara daha çox rast gəlinir. Bu körpələr allergik xəstəliklərə də meylli olurlar.
...Amma nə olsun, son hadisələr göstərir ki, qeysəriyyəyə üstünlük verənlərin sayı azalmaq əvəzinə artır. Niyə? Bu cür halların qarşısı nə üçün alınmır? Güman edirik ki, müvafiq qurumlar bu və digər suallara aydınlıq gətirəcəklər.
KƏRİM
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Yenə doğuş zamanı ana öldü

    Yenə doğuş zamanı ana öldü ...

    20-12-2013, 11:04

  • 
  • Mərkəzi xəstəxanada daha bir ana ÖLÜMÜ

    Mərkəzi xəstəxanada daha bir ana ÖLÜMÜ ...

    26-05-2021, 11:27

  • 
  • Azərbaycanda ana doğuş zamanı ölüb

    Azərbaycanda ana doğuş zamanı ölüb ...

    23-09-2013, 11:47

  • 
  • Gəncədə FACİƏ: Ana qeysəriyyə əməliyyatından sonra öldü

    Gəncədə FACİƏ: Ana qeysəriyyə əməliyyatından ...

    6-01-2018, 00:20

  • 
  • Doğuş zamanı 24 ana ölümü faktı qeydə alınıb

    Doğuş zamanı 24 ana ölümü faktı qeydə alınıb ...

    21-12-2013, 12:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (266)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu