GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Dövlət məmurlarının sayı kəskin azalacaqmı?

Dövlət məmurlarının sayı kəskin azalacaqmı?

Tarix: 27-05-2014, 10:25 Bölmə :Manşet Baxış: 0
Dövlət məmurlarının sayı kəskin azalacaqmı?
Əmək haqlarını artırmaq üçün ixtisarlara nə qədər ehtiyac var?

İqtisadiyyatda muzdla çalışan işçilərin sayının struktur vəziyyəti ölkədə əmək haqqlarının məhz nəyə görə qeyri-qənaətbəxş səviyyədə olduğunu əyani göstərir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, 2014-cü ilin yanvar-mart aylarında iqtisadiyyatda çalışanların orta aylıq nominal əmək haqqı səviyyəsi 434,3 manat təşkil edib. Lakin bu, ümumi göstəricidir və işçilərin heç də hamısının həmin məbləğdə və yaxud da buna yaxın əməkhaqqı aldıqlarını göstərmir. Ölkədə muzdla çalışanların əksəriyyəti ayda 200 manat civarında alırlar.
DSK-nın məlumatında da qeyd olunur ki, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət, tikinti, nəqliyyat və anbar təsərrüfatında orta aylıq nominal əmək haqqı daha yüksəkdir. Ən bərbad vəziyyət isə təhsil və səhiyyə sferasındadır.
Ölkəmizdə dövlət büdcəsindən sosial xərclər isə ağırlıq təşkil edir. Hər il dövlətin əsas maliyyə sənədində xərclərin 25-30 %-nin əməkhaqqları və digər sosial məsrəflər təşkil etdiyi göstərilir ki, bu da ilbəil artırılır. Ancaq özəl sektorda maaşlar dövlət müəssisələrindən yüksəkdə dayanır. Bunun da bir neçə səbəbi var. Ən mühüm səbəbi büdcə təşkilatlarında çalışanların sayının çox olmasıdır. Azərbaycanda muzdla çalışanlardan dövlət büdcəsindən asılı olan hissə olduqca çoxdur. Halbuki tərsinə olmalıdır.
2014-cü il aprelin 1-inə görə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1510,4 min nəfər olub ki, onlardan da 900,7 min nəfəri iqtisadiyyatın dövlət, 609,7 mini isə qeyri-dövlət bölməsində fəaliyyət göstərir. Bu, bazar iqtisadiyyatı sisteminə qətiyyən uyğun deyil. Necə olur ki, iqtisadiyyatda özəl sektorun payı 80%-dən yuxarı təşkil etdiyi halda muzdla çalışanların çox hissəsi dövlətdə işləyir?

Belə vəziyyətdə büdcədən maaşları istənilən səviyyədə artırmaq olarmı?

Diqqəti çəkən digər məqam isə, muzdla işləyənlərin çox hissəsinin təhsildə çalışmasıdır: muzdla işləyənlərin 22,4 %-i təhsilin, 18,7 %-i ticarətin, nəqliyyat vasitələrinin təmirinin, 12,9 %-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7 %-i tikintinin, 5,1 %-i nəqliyyat və anbar təsərrüfatının, 3,6 %-i peşə, elmi və texniki fəaliyyət, 2,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 %-i informasiya və rabitə sahəsi ilə 17,1 %-i iqtisadiyyatın digər sferalarının payına düşür.
Təhsil elə bir sahədir ki, burada maddi və natural ifadədə heç bir əlavə və yaxud yeni dəyər yaranmır. Odur ki, muzdla çalışanların 20 %-dən çox hissəsinin burada cəmləşməsi məntiqi deyil. Doğrudur, təhsil sosial sferanın vacib sahəsi olmaqla iqtisadiyyata bağlıdır. Bu sahəyə çəkilən xərclər strateji əhəmiyyət daşıyır ki, bu da təhsilin inkişafına sırf sosial prizmadan yanaşmağın düzgün olmadığını diqtə edir. Səhiyyə, mədəniyyət, sosial müdafiə sahələri təhsillə müqayisədə sırf xidmət sahələridir. Ölkəmizdə büdcədən sözügedən sahəyə az xərc də ayrılmır: 2009-cu ildən hər il artırılır. Belə ki, 2009-cu ildə 1147,9 milyon manat idisə, 2010-cu ildə 1180,8, 2011-də 1268,5, 2012-də 1511,5, keçən il isə 1530,4 milyon manat idi.
Ancaq dünyanın heç bir inkişaf etmiş ölkəsində təhsil bizdəki kimi iqtisadiyyatın tələbləri çərçivəsindən kənarda fəaliyyət göstərmir. Bizdə özəl və dövlət tədris müəssisələri faktiki olaraq «işsizlər bazarına» xidmət edir ki, bu da sözügedən sahədə fəaliyyətin tələb və təklifə əsasən nizamlanmadığını göstərir.
Təhsil işçilərinin maaşları bizdəkindən dəfələrlə yüksək olan ölkələrdə ən nüfuzlu tədris və elmi-tədqiqat müəssisələrinin arxasında güclü özəl strukturlar dayanır və ödənişləri də onlar həyata keçirirlər. Sahibkarlar real sektorda çalışdıqlarından hansı ixtisasda kadrlara ehtiyac yaranırsa o istiqaməti maliyyələşdirirlər.
Sual olunur ki, ölkəmizdə dövlət büdcəsi üçün ən ağır yükü məgər, təkcə təhsil sahəsi təşkil edirmi? Şübhəsiz ki, yox.
Səhiyyə, mədəniyyət, dövlət idarəetmə aparatı özü də büdcənin “boğazından ağır yük kimi sallanmışdır”. Xüsusən, sonuncu barədə qeyd edək ki, iqtisadiyyatın dövlət tərəfindən idarə olunmasını asanlaşdırmaq və təkmilləşdirmək məqsədilə son vaxtlar struktur islahatı adı ilə həyata keçirilən bir sıra tədbirlər və atılan addımlar dövlət sektorunda çalışan işçilərin sayını azaltmaq əvəzinə, daha da artması və genişlənməsi ilə nəticələnmişdir. Bir sıra hökumət qurumlarında yeni və əlavə ştatların yaradılması – bunların idarə aparatının böyüdülməsi deyilənə sübutdur. Ona görə də ölkədə büdcə xərcləri üfiqi olaraq genişlənməkdədir.

Bəs, nə edilməlidir?

2014-cü ilin birinci rübü ərzində dövlət büdcəsinin xərcləri 4233,3 milyon manat proqnoza qarşı 4374,3 milyon manat icra edilmişdir ki, xərclərin 29,1%-i və yaxud 1271,9 milyon manatını sosial təyinatlı xərclər (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) təşkil etmişdir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 108,1 milyon manat və yaxud 9,3 % çox deməkdir.
Büdcədən sosial təyinatlı xərclərin, xüsusən də əməyin ödənişi fondunun əhəmiyyətli olmağını, idarəetmə aparatında, həmçinin təhsil ilə səhiyyə sferasında çalışanların maaşlarının ümumən iqtisadiyyatda çalışanların orta aylıq nominal əmək haqqı səviyyəsindən yüksəkdə dayanmasını istəyiriksə, dövlət və qeyri-dövlət bölməsindəki muzdla çalışanların sayını birincini azaltmaq, ikincini isə tədricən artırmaq yolu ilə mütləq dəyişdirmək lazımdır.
Başqa sözlə desək, dövlət sektorunda çalışanların sayı kəskin azaldılmalıdır.
Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Yüksək əmək haqqını kimlər alıb?

    Yüksək əmək haqqını kimlər alıb? ...

    11-11-2013, 13:58

  • 
  • Əməkhaqqımız nə qədər olub?

    Əməkhaqqımız nə qədər olub? ...

    9-12-2013, 15:22

  • 
  • Maaşlar niyə ilin əvvəlində artır, ilin sonunda azalır? - AKTUAL

    Maaşlar niyə ilin əvvəlində artır, ilin sonunda ...

    14-11-2022, 16:42

  • 
  • Bu şəxslərin maaşı ARTIB

    Bu şəxslərin maaşı ARTIB ...

    12-04-2022, 15:50

  • 
  • Rəsmi: bahalaşma 1,1 faizdir, orta əməkhaqqı isə 441 manata çatır

    Rəsmi: bahalaşma 1,1 faizdir, orta əməkhaqqı isə ...

    10-10-2014, 11:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (280)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu