Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov «Ayı işi» bağlı «Yeni Müsavat» qəzetinə qarşı iddianı yenidən gündəmə gətirib. Bu barədə AzadlıqRadiosuna Anar Məmmədovun vəkili Ruslan Məmmədov məlumat verib. Vəkilin dediyinə görə, onların belə bir addım atmasına səbəb son vaxtlar qəzetin yenidən həmin məsələni tez-tez gündəmə gətirməsi olub. «Vaxtilə «ayı işi» ilə bağlı ilk məlumat yazan «Azadlıq» qəzeti olmuşdu. Bizim əlimizdə Ali Məhkəmənin qərarı var idi ki, qəzetlərin yazdığı hadisə olmayıb. Qəzetlərə qət olunmuşdu ki, cərimə ödəyib üzr istəsinlər. «Azadlıq» qəzeti təkzib verib, üzr istədi. «Yeni Müsavat» üzr istəmədi və bizə belə təklif etdilər ki, bu kampaniyanı bitirib bizimlə əməkdaşlığa başlayırlar. Biz də bu razılaşmadan sonra məhkəmə icraatını dayandırmışdıq. Amma onlar son günlər yenidən başlayıblar həmin məsələdən yazmağa. Ona görə biz qərara gəldik ki, bu işi başa çatdıraq. Nizami rayon Məhkəməsinə müraciət etmişik. Məhkəmə qərar çıxarıb ki, baş redaktor üzr istəməli və 4 min manat cərimə ödəməlidir. Ali Məhkəmənin qərarı olduğu üçün qanun buna imkan verir. Cərimə bizim üçün o qədər də əhəmiyyətli deyil, biz o, qəzetin üzr istəməsini tələb etmişdik. Üzr istəməsələr, cinayət məsuliyyətinə cəlb olunacaqlar və bu yolla onlar məhkəmə qərarını icra edəcəklər».
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?