Cəlilabad rayon polis şöbəsinin və Baş Mütəşəkkli Cinayətkarlıqla Mübarizə İdarəsinin birgə keçirdikləri əməliyyat zamanı Cəlilabad rayonunda cinayətkar qrup zərərsizləşdirlib. gundemxeber.az ANSPRESS=ə istinadən xəbər verir ki Cəlilabad rayon sakinləri Sübhan Əliyusif oğlu İsayev, Bəhrəm Hüseyinbala oğlu Kərimov, Şahin Səbirəli oğlu Mahmudov, Zamiq Mirixan oğlu Razyev, Cavid Cahangir oğlu Qurbanov, Xəqani Mirnizam oğlu Əhmədov əvvəlcədən əlbir olaraq qrup halında rayon ərazisndə müxtəlif vaxtlara evlərə silahlı basqın ediblər. Onlar pul tələb edib, nakotik vastələrin qanunsuz dövriyyəsilə məşğul olub. Eləcə də, imkanlı şəxslərin ovladlarını oğurlayaraq, valdeyinlərindən onun müqabilində küllli miqdarda pul tələb ediblər. Aparılan əməliyyat zamanı dəstə üzvlərinin 5-i saxlanılıb. Əməliyyat zamanı Cəlilabad rayon polis şöbəsinin əməliyyat üzrə müavini Səfər Nuruyev müxtəlif bədən xəsarətləri alıb. Qeyd edək ki, saxlanılanlar arasında olan Cavid Qurbanov əvvəllər Cəlilabad rayon polis şöbəsində pasport qeydiyyat şöbəsində çalışıb. Əməliyyat zamanı Cəlilabad RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Səfər Nuriyev müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?