Göygöl rayonuna yağan güclü leysan nəticəsində bir nəfər ölüb.
gundemxeber.az ANS PRESS-ə istinadən xəbər verir ki, rayonun dağlıq ərazisinə yağan güclü leysan Gəncə çayında suyun səviyyəsini artırıb. Nəticədə çayın Zurnabad kəndi istiqamətində olan keçidini su aparıb.
Nəticədə mühafizəçi işləyən Topalhəsənli kənd sakini, 1942-ci il təvəllüdlü Hidayət Cəfərov boğulub.
Qeyd edək ki, təbii fəlakət nəticəsində rayonun 6 yaşayış məntəqəsinə gedən elektrik dirəkləri aşıb və kəndlər işıqsız qalıb.
Sorğu
Yeni dizaynımız necədir?