Bakının mərkəzi rayonlarından biri olan Nəsimi rayonunun icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyevə məxsus olduğu iddia edilən obyektlərin siyahısı daxil olub. Məlumata görə, rayon ərazisindəki sözügedən obyektlər sakinlərin istirahəti üçün nəzərdə tutulan sahələrdə yaşıllıqlar məhv edilərək inşa olunub.
Nəsib Məhəməliyevə məxsus olduğu iddia olunan obyektlər siyahısında 3-cü mikrorayon, Cavadxan küçəsində yerləşən qızıl dükanları (bu mağazalar bir neçə il əvvəl ərazidəki parkın ağacları qırılaraq yerində inşa olunub), Nəsimi rayon məhkəməsinin qarşısında yerləşən parkdakı kafe (bu ərazidə də əvvəl yaşıllıqlar olub), 3-cü mikrorayon Asif Məhərrəmov 15 a ünvanındakı binanın arxasında yerləşən beşmərtəbəli yaşayış binasının altındakı mağazalar yer alıb. Ancaq iddialara görə, bu, icra başçısının obyektlərinin tam siyahısı deyil. Siyahıya ancaq məhv edilən yaşıllıqların yerində inşa olunan obyektlər daxil edilib
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?