GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Media təşkilatlarından baş redaktora dəstək gəldi

Media təşkilatlarından baş redaktora dəstək gəldi

Tarix: 11-07-2014, 17:28 Bölmə :Manşet Baxış: 0
Media təşkilatlarından baş redaktora dəstək gəldi


Media Hüququ İnstitutu və Jurnalistlərin Həmkarlar İttifaqı Vilyam Hacıyevin Zabil Müqabiloğlunu həbs etdirmək israrını pislədilər

İmişli Rayon İvra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Gunxeber.com saytının baş redaktoru Zabil Müqabiloğlunu həbs etdirmək fikrindən daşınmayıb. İcra başçısı baş redaktoru növbəti dəfə xüsusi ittiham qaydasında məhkəməyə verdirib.

Baş redaktorun xüsusi ittiham qaydasında məhkəməyə verilməsində bu il aprelin 17-də sözügedən saytda İmişli təhsilindəki qanunsuzluqlarla bağlı dərc olunan yazı əsas götürülüb. Ona görə də İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov başçının tapşırığı ilə baş redaktor barəsində xüsusi ittiham qaydasında iddia qaldırıb. Z.Müqabiloğluna Nərimanov Rayon Məhkəməsindən zəng edərək deyilib ki, hazırlıq iclası iyulun 16-da keçiriləcək.

Bundan əvvəl də İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Süleyman Bəşirov V.Hacıyevin göstərişi ilə Nərimanov Rayon Məhkəməsində Z.Müqabiloğlu barəsində xüsusi ittiham qaydasında iddia qaldırmışdı.

Həmin iddiada əsas kimi götürülən məqalənin Nərimanov rayonuna heç bir aidiyyəti olmadığından, həmçinin Z.Müqabiloğlu bu rayonda yaşamadığından və işləmədiyindən, eləcə də iddia qüsurlu tərtib olunduğundan məhkəmə iddianı icraata götürmədi.
Z.Müqabiloğlu deyir ki, İmişli rayon Təhsil Şöbəsinin müdirinin redaksiyaya göndərdiyi məktub aprelin 22-də saytda dərc olunub.

Bu halda jurnalistin xüsusi ittiham qaydasında məhkəmə verilməsi absurddur. Ümumiyyətlə, qarşı tərəfin mövqeyi çap edilibsə, onun məhkəmə iddiasına baxılmır. Görünür, sadəcə icra başçısı baş redaktorla haqq-hesab çəkmək, onu təzyiq altında saxlamaq niyyətindədir.

***

Media Hüququ İnstitutunun eksperti Xalid Ağəliyevin sözlərinə görə, qarşı tərəfin mövqeyi dərc olunduğu halda məhkəməyə müraciət etmək üçün bir məntiq qalmır.

MHİ nümayəndəsi bildirir ki, qarşı tərəf barəsində səslənən ittihamlarla bağlı rəy bildirərkən bunu təkzib edə bilərdi: “Ancaq cavabı haqqı tanındığı halda məhkəməyə üz tutmaq əsaslı görünmür. Xüsusi ittiham qaydasında iddia qaldırmaq isə tamamilə yolverilməzdir.

Bizim təcrübəmizdə bir neçə belə məhkəmə presedenti olub. Beynəlxalq təcrübədə də jurnalisti xüsusi ittiham qaydasında məhkəməyə vermək, yazılarına görə həbs etmək olmaz. Ölkə başçısı da çıxışlarında qeyd edib ki, jurnalist yazdığına görə həbs olunmur. O halda ümid edirik ki, məhkəmə bu işin baxılmasını icraata yönəltməkdən imtina edəcək”.
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurasının üzvü Müşfiq Ələsgərli qeyd etdi ki, jurnalist material hazırlayarkən etik kodeksə əməl etməlidir. Bununla belə,

M.Ələsgərli Gunxeber.com-dakı sözügedən yazı ilə tanış olmadığını vurğuladı. JuHİ sədrinin sözlərinə görə, məhkəmədə iddia qaldırmaqdan əvvəl tərəflər danışıb anlaşmalı, yanlışlıq varsa məqalədə düzəliş edilməlidir:
“Ancaq məhkəməyə üz tutmaq xoş hal deyil. Məhkəmədən qabaq tənzimləyici qurum kimi Mətbuat Şurası var ki, məmurlar müraciət edə bilər. Onların tələbi yerinə yetirilməyəndə məhkəməyə müraciət edə bilərlər.

Prezident də dəfələrlə çıxışında qeyd edib ki, diffamasiya hallarına, anlaşmazlığa, yazıya görə jurnalistlər məhkəməyə verilməməlidir. Məmurlar da bilir ki, qeyri-rəsmi şəkildə bu məsələyə moratorium qoyulub. Jurnalistlərin məhkəməyə verilməsi bəyənilən hadisə deyil. Üstəlik də xüsusi ittiham qaydasında heç düzgün deyil”.

Z.Müqabiloğlu isə bildirib ki, V.Hacıyevin ardıcıl olaraq bir ayın içərisində iki dəfə xüsusi ittiham qaydasında məhkəməyə verdirməsinin səbəbini anlamır: “Aramızda heç bir ədavət olmayıb. Sayt ona və rəhbərlik etdiyi rayonun məmurlarına qarşı hər hansı kampaniya aparmayıb. Sadəcə müxtəlif zamanlarda İmişlidən gələn müəyyən xəbərləri vermişik və bu ardıcıl xarakter almayıb. İndi məhkəməyə verildiyim yazı ilə bağlı isə qarşı tərəfin mövqeyi dərc olunub və bu barədə də elə məktubu aldığımız gün Ramiz Əmirova məktubla bildirmişik. Mənə çox maraqlıdır ki, Vilyam Hacıyev niyə bu qədər qəzəblidir. Bəlkə ortada nələrsə var və mən bunu bilmirəm. Hər halda icra başçısının bu cür israrla mənim həbsimə nail olmasının səbəblərini öyrənməyə çalışacağıq”.

E.SALAMOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Gəncənin icra başçısı postunda dəyişiklik GÖZLƏNİLİR

    Gəncənin icra başçısı postunda dəyişiklik ...

    29-06-2018, 14:39

  • 
  • Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı yataqxanadan çıxarıldı - FOTO

    Vilyam Hacıyevin ailəsi 124 manata kirayə ...

    20-04-2021, 14:31

  • 
  • Həbs olunan icra başçının otağından qadın geyimləri tapılıb — ŞOK GÖRÜNTÜ

    Həbs olunan icra başçının otağından qadın ...

    8-05-2020, 00:31

  • 
  • Vilyam Hacıyevin həbs müddəti artırılır

    Vilyam Hacıyevin həbs müddəti artırılır ...

    1-09-2020, 14:43

  • 
  • YAP sədri baş redaktorun həbsini sifariş edib?

    YAP sədri baş redaktorun həbsini sifariş edib? ...

    12-11-2014, 00:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu